Naxçıvanda əsgərlərin haqqı yeyilir? – Hər əsgərdən 1080 manat

1233

Naxçıvan Muxtar Respulikasının Culfa rayonundakı N saylı hərbi hissəsindən təxris olunan əsgərlərin 3 aylıq əmək haqqları verilməyib.

Ovqat.com-a bu barədə məlumatı əsgərlərin yaxınları veriblər.

Bildirildiyinə görə, əsgərlər hər ay 360 manat maaş alırlar. 3 ayı hesablayanda bu, hər bir əsgər üçün 1080 manat pulun mənimsənilməsi deməkdir.

Ümidvarıq ki, Azərbaycan rəhbərliyi bu məlumatı yoxlayacaq və əsgər haqqına göz dikənlərə layiqli cəzalar veriləcək.

Şikayəti diqqətdə saxlayacağıq.