Naxçıvana uçuşların vaxtı açıqlandı

36

Daxili uçuşlar iyunun 15-dən başlanacaq.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, Azərbaycan dövlət sərhədlərinin bağlı qalması iyulun 1-dək uzadılıb: “Beynəlxalq uçuşlar, yük daşımaları və çarter reysləri istisna olmaqla, iyulun 1-dək dayandırılıb.

Daxili uçuşların iyunun 15-dən etibarən başlanması nəzərdə tutulub. İlkin olaraq Naxçıvana həftədə iki dəfə uçuş həyata keçiriləcək”.

Ehtiyac olarsa, növbəti günlərdə uçuşların sayı artırılacaq./”Qafqazinfo”/