Naxçıvan-Bakı reysində pandemiyadan öncə bileti qalmış şəxslərin ödənişi qaytarılacaqmı? – AZAL AÇIQLAMA VERDİ

57

Naxçıvan Muxtar Respublikasında pandemiyadan öncə bilet alıb, Bakıya gəlmək istəyən tələbələrdən Hurriyyet.org-a müraciət daxil olub. Belə ki, tələbələrdən biri müraciətində pandemiyadan öncə , mart ayında bilet aldığını, lakin yollar bağlanıldığı səbəbindən geriyə qayıda bilməyib. AZAL-la əlaqə saxladıqda bildirilib ki, yalnız yollar açıldığı təqdirdə bileti qaytara bilərsiniz. Yollar açılıb və tələbə geri qayıtmaq istədikdə isə Naxçıvan aviabilet satışı mərkəzindən bildirilib ki, mart ayından qalmış bilet qəbul olunmur və uçuş üçün yeni bilet almalsınız. Sözügedən tələbəyə bununla bağlı AZAL-la əlaqə saxlamağın lazım olduğu bildirilib.

Mövuyla bağlı “Azərbaycan Hava Yolları” QSC-lə (AZAL) əlaqə saxladıq. AZAL-dan Hurriyyet.org-a  reyslər bərpa olunduqdan və kassalar açıldıqdan  sonra ödənişlərin geri qaytarılacağı bildirilib. Eyni zamanda, mart ayından bileti qalmış şəxslərin Naxçıvan-Bakı reysində biletin tarixini dəyişdirmək hüququnun olduğu deyilib:

“Hazırda kassalar işləmir. Biletlərin satışı yalnız online aparılır. Pandemiya vaxtında, yəni mart ayında alınan biletlərin ödənişi hazırda qaytarılmır. Ancaq reyslər bərpa olunduqdan və kassalar açıldıqdan  sonra ödənişlər geri qaytarılacaq. Naxçıvan-Bakı reysi açılıb. Amma, Bakıdan Naxçıvan –Bakı reysi yazılmır. Ancaq, biletlər Naxçıvanda satılır. Amma. Həmin şəxs biletinin tarixini dəyişdirə bilər. Yəni, Naxçıvan-Bakı reysi biletinə tarixi dəyişdirib istifadə edə bilər. Həmin şəxsin tarix dəyişdirmək hüququ var. O yalnış məlumatdır. Biletlər yalnız Naxçıvandan satılır”.

YƏHYA