“Naxçıvan-Azərbaycan avtomobil yolunun bərpa olunması xəbəri də bizi iki qat sevindirdi” – NAQİF HƏMZƏYEV

75

Ermənistan baş naziri Nikol Paşinyanın Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini qəbul edərək, məğlubiyyətlə barışmasını və bununla bağlı bəyanatı imzalamasını Azərbaycan xalqı böyük coşqu ilə qarşılayıb. 

Prezidentin xalqa müraciətindən sonra Bakı sakinləri bu tarixi zəfərin sevincini paylaşmaq üçün küçələrə axışıblar. 

Milli Məclisin Gəncədən seçilən depuatatı Naqif Həmzəyev Hurriyyet.org-a açıqlamasında, Azərbaycanın hər bir rayon və şəhərlərində olan inkişafın, tezliklə Qarabağda da özünü göstərəcəyini deyib:

“Mən ilk olaraq Ali Baş Komandanımız, cənab prezidentimizi təbrik edirəm. Xalqımızı və ordumuzu təbrik edirəm. Şəhidlərimizin ruhu şad olsun. Qisasımız yüz qat artıq alınıb. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan ordusu və Ali Baş Komandanımız bütün dünyaya sübut etdi ki, Azərbaycan əzəli torpaqlarını öz gücünə azad edə bilər və etdi. Bu gün əldə olunan bəyanat da Azərbaycan ordusunun və Ali Baş Komandanımızın gücü sayəsində oldu. Ümid edirəm ki, tezliklə məcburi köçkünlərimizin öz evlərinə qayıtması üçün tikintli işlərinə başlayacayıq. Azərbaycanın hər bir rayon və şəhərlərində olan inkişaf, tezliklə Qarabağda da özünü göstərəcək. Nəhayət ki, regionda sülh bərqərar olacaqdır. Qarabağın azad olunmasıyla yanaşı, Naxçıvan-Azərbaycan avtomobil yolunun bərpa olunması xəbəri də bizi iki qat sevindirdi. Biz, Bakıdan Naxçıvana avtomobil yolu ilə rahat gedib gələcəyik. Eyni zamanda, Azərbaycanın gələcək iqtisadi inkişafı çox böyük zəmin yaratdı. Ümumilikdə, xalqımızı təbrik edirəm. Gəncəlilər də səhər qədər Bakıda olduğu kimi yatmayıblar. Hazırda da atəşfəşanlıq davam edir. Hər kəs bayramı qeyd edir”.

YƏHYA