NAVTEX nədir, nə zaman elan olunur?

342

Hurriyyet.org xəbər verir ki, Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında gərginliyin ünsürlərindən biri də ard-arda verilən NAVTEX elanlarıdır.

Son olaraq, Türkiyə Rusiyanın Şərqi Aralıq dənizindəki atəş təlimləri üçün iki yeni NAVTEX elan edib.

Ankara bundan əvvəl də “Oruç Reis” gəmisi üçün də yeni bir NAVTEX elan eləmiş, sonra həmin elanın müddətini uzatmışdı.

İngilis dilində NAVTEX — “NAVigational TEleX“ – beynəlxalq avtomatikləşdirilmiş xəbərdar etmə sistemi deməkdir. Bu sistemdən dənizçilərə meteoroloji proqnozların çatdırılması və lazım gəldiyi zaman xəbərdarlıqlar edilməsi üçün istifadə olunur.