“Navalnıya sui-qəsdin iştirakçıları ifşa edildi” – XAQANİ CƏFƏRLİ

696

Olayda Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Rusiya Təhlükəsizlik Şurasının rəhbərliyinin adı hallanır

“Jurnalist araşdırmaları ilə məşhur olan The Insider və Bellingcat internet resursları dünya nəhəngi SNN və Almaniyanın Der Spiegel həftəlik jurnalı ilə birlikdə Rusiya müxalifətinin lideri Aleksey Navalnıya edilən sui-qəsdin iştirakçılarını üzə çıxarıblar. Araşdırmada Aleksey Navalnının qurucusu olduğu Korrupsiya ilə Mübarizə Fondu da iştirak edib”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, araşdırmanın nəticələrinə görə, Navalnıya sui-qəsd Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olan qrup tərəfindən həyata keçirilib: “Qrup üzvülərinin kimlikləri, gizli adları, sui-qəsd ərəfəsində hərəkət marşurutları, telefon əlaqələri aşkara çıxarılaraq hadisənin tam mənzərəsi yaradılıb. Navalnı bu araşdırmadan sonra sui-qəsd əmrinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov tərəfindən verildiyini, Bortnikova isə belə bir əməliyyat üçün yalnız Rusiya prezidenti Vladimir Putinin əmr verə biləcəyini bəyan edib. Bəzi politoqlar isə bu sui-qəsdin arxasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dayandığı qəanətindədirlər”.

Xaqani Cəfərli onu da əlavə edib ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu Patruşevin komandasının üzvü hesab edən politoqlar Navalnıya edilən sui-qəsdin Rusiyada hakimiyyətin ötürülməsi zamanı prosesə mane ola biləcək yeganə şəxsin öncədən zərərsizləşdirilməsi məqsədi daşıdığını düşünürlər.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org