NATO var olduğu halda ordu quracaqlar – Avropa İttifaqını PARÇALAYAN MÜZAKİRƏLƏR

    6

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının iki il ərzində 10 min nəfərlik sərhəd polis qüvvələri qrumaq hədəfinin “mümkünlüyü” mübahisələrə səbəb olub.

    Aİ Komissiyasının sədri Jan Klod Yunkerin hər il keçirilən “İttifaqın vəziyyəti” çıxışında Aİ sərhədlərində 2020-ci ilə qədər əlavə 10 min mühafizəçinin xidmət edəcəyini bəyan eləməsindən sonra, üzv dövlətlər məsələ ilə bağlı müxtəlif mövqelər nümayiş etdiriblər.

    İttifaqın hazırkı başçısı, Avstriya daxili işlər naziri Herbert Kikl dünən Brüsseldə jurnalistlərə verdiyi açıqlamada Avropa İttifaqı Komissiyasının 2020-ci ilə qədər müəyyən sayda təhlükəsizlik qüvvəsini sərhədlərə yerləşdirmək planını “əsaslılıq sərhədini aşan” bir düşüncə kimi qiymətləndirib. Kikl deyib: “Hazırda buna alternativ olan anlaşma zəmini axtarırıq. Əgər bu polis qüvvəsi yaradıla bilməzsə, kağız üzərindəki 10 min nəfər ifadəsi mənasız olacaqdır”. Kikl qaçqınlara qarşı qurulacaq polis qüvvəsi sayının “mərhələli şəkildə” artırılmasının lazım olduğunu bildirərək deyib: “2020-ci ilə qədər neçə nəfərlik polis qüvvəsi qura biləcəyimizi müzakirə eləməliyik”.

    Almaniyanın daxili işlər naziri Horst Seehofer də Yunkerin bəyan elədiyi iki illik müddəti real hesab eləmədiyini bildirib: “Utopik açıqlamalardan qaçmalıyıq”.

    “Vəsaiti yol tikintisinə xərcləmək lazımdır”

    Bəzi Aİ dövlətləri isə Brüsselin qaçqın axınını azaltmaq üçün qurulması nəzərdə tutulan ordu ideyasına mənfi münasibət bildiriblər.

    Sərhəd ordusu ideyasını tənqid edən ölkələrdən olan Polşa bu addımlar əvəzinə büdcənin yol və digər təməl layihələrə xərclənməsinin lazım olduğu fikrindədir.

    Polşanın baş naziri Mateuş Moravetski, cex həmkarı Andrey Babiş ilə Varşavada keçirdiyi birgə mətbuat konfransında deyib: “Sərhəd polisinə xərclənəcək pulun stuktur fondlarına, yol və ya dəmiryolu tikintisinə ayrılacaq büdcədə kəsirə səbəb olacağından narahatıq”.

    Çex həmkarının da onunla həmfikir olduğunu bildirən Moravetski deyib: “Biz də Qərbi Avropanın malik olduğu həyat standartlarına nail olmaq istəyirik”.

    “Suverenliyin pozulması” tənqidi

    Aİ-nin qaçqın axınına məruz qalan ölkələri – İtaliya,Yunanıstan və İspaniya ilə öz sərhədlərinə yerləşdiriləcək təhlükəsizlik qüvvələrinin “suverenliklərinin pozulması” demək ola biləcəyini irəli sürürlər.

    Ötən aylarda İtaliyanın Fransanı qaçqınları gizlincə daşıyıb sərhədin İtaliya tərəfinə buraxması ilə əlaqədar ittiham eləməsi kimi tez-tez rast gəlinən nümunələr əslində Avropa İttifaqının gələn qaçqınlar məsələsində “yükü paylaşmaq” əvəzinə, “sərhədləri gücləndirərək” asan yolu seçdiklərini ortaya qoyur.

    Hurriyyet.org