NATO QÜVVƏLƏRİNƏ HÜCUM – Taliban 12 hərbçinin öldüyünü iddia edir

    15

    Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində NATO hərbçilərinə hücum zamanı 3 əsgərin yaralandığı bildirilib. Əfqanıstandakı NATO qüvvələrinin açıqlamasında Qəndəhar hava limanında xidmət edən bir polisin NATO hərbçilərinə silahlı hücum etdiyi deyilir. Hücum nəticəsində NATO qüvvələrinin 3 hərbçisinin yaralandığı, hücum edən polisin isə öldürüldüyü xəbəri verilir.

    Hücuma görə məsuliyyəti öz üzərinə götürən Taliban təşkilatı isə 12 nəfər ABŞ hərbçisinin öldüyünü iddia edib.

    Hurriyyet.org