NATO vasitəçilik edir. Türkiyə ilə Yunanıstan danışıq aparacaq

87

Hurriyyet.org xəbər verir ki, Aralıq dənizinin şərqindəki vəziyyətin gərginləşməsi ilə əlaqədar silahlı toqquşma riskinin aradan qalxması üçün NATO vasitəçilik edir. Bu gün NATO qərargahında Türkiyə ilə Yunanıstanın hərbi heyətləri arasında görüş keçirilməsi planlaşdırılır.

TRT kanalının verdiyi xəbərə görə, Şərqi Aralıq dənizindəki hərbi varlığını artırmağa üstünlük verən Fransa isə öz blokunu yaratmaq niyyətindədir… Fransa prezidenti Emmanuel Makron NATO-dakı iclasın keçirildiyi gündə Aralıq dənizini ilə sərhədi olan İspaniya, Portuqaliya, İtaliya, Malta və Cənubi Kipr Yunan Respublikasının liderlərini qəbul edəcək.

Fransa-Yunanıstan əməkdaşlıq müqaviləsi

Sammitdən əvvəl Makronun Yunanıstanın Baş naziri  Kiriakos Miçotakis ilə də ikilikdə görüşməsi gözlənilir. İki dövlət başçısının “Rafael” tipli hərbi təyyarələr başda olmaqla Fransanın Yunanıstana silah satışını da nəzərdə tutan hərbi əməkdaşlıq razılaşmasını imzalaması nəzərdə tutulur.

Türkiyə isə dialoq çağırışlarına davam edir. Türkiyənin Londondakı səfiri Ümit Yalçın, İngiltərənin “Qardian” qəzetinə ünvanladığı məktubda Afina hakimiyyətinin beynəlxalq hüquqdan yayındığını bildirib. Türkiyənin 2003-cü ildən bəri bərabər şərtlərlə müzakirə çağırışlarına Yunanıstanın səmimi cavab vermədiyini yazıb.