NATO Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı açıqlama verdi: “Razılaşma əldə edilmədi”

57

Hurriyyet.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında toqquşmanın qarşısını almaq mexanizmləri məsələsi ilə bağlı NATO-da texniki danışıqların başlandığını, lakin hələlik razılaşma əldə edilmədiyini vurğulayıb.

Stoltenberq Şimali Atlantika Şurasının daimi nümayəndələr səviyyəsindəki iclasından sonra mətbuata açıqlama verib: “Türkiyə ilə Yunanıstan liderləri ilə apardığım danışıqlardan sonra iki müttəfiq ölkə burada, NATO-da texniki danışıqlar üçün bir araya gəldi. Bu danışıqların məqsədi hərbi toqquşmanın qarşısını alacaq mexanizmlər yaratmaqdır. Şərqi Aralıq dənizində qəza riskini aşağı salmaq üçün razılaşma əldə edilməyib. Bunlar Türkiyə ilə Yunanıstan arasındakı anlaşılmazlıqlarla bağlı müzakirələr yox, texniki danışıqlardır. Bunlar Almaniyanın liderliyi ilə siyasi vasitəçilik səylərini tamamlayacaq işlərdir. Şərqi Aralıq dənizində çox sayda gəmi olduğu üçün toqquşmanın qarşısını alacaq mexanizmləri inkişaf etdirmək məsələsində texniki danışıqlara başlamağa ehtiyacımız vardı”.