“NATO Gürcüstanın təhlükəsizliyinin əsas zəmanətçisidir” – Baş nazir

72

“NATO Gürcüstanın strateji tərəfdaşı və ölkənin gələcək təhlükəsizliyinin əsas zəmanətçisidir”.

Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı deyib.

Hökumət başçısı deyib ki, Gürcüstan NATO ilə bütün formatlarda əməkdaşlığı dərinləşdirməkdə davam edir.

O qeyd edib ki, ölkənin sarsılmaz məqsədi NATO-ya tam üzvlükdür. /report/