NATO-dan Ukraynanın çağırışına CAVAB: “Hərbi gəmilərimiz Qara dənizdədir”

    15

    Hurriyyet.org xəbər verir ki, NATO Ukraynanın Azov dənizinə hərbi gəmiləri yollamaq çağırışı ilə bağlı NATO-nun hərbi gəmilərinin daim Qara dənizdə patrulluq elədiyini və təlimlər keçdiyini bildirib.

    NATO-nün mətbut katibi Oana Lunqesku, Türkiyənin “Anadolu Agentliyi”nə açıqlamasında Rusiyanın Krımı qanunsuz şəkildə ilhaq elədiyi 2014-cü ildən bəri NATO-nun Qara dənizdəki varlığını “mühüm miqyasda” artırdığını, müttəfiqlərin hərbi gəmilərinin daim Qara dənizdə patrulluq elədiyini və təlimlər keçdiyini bildirib.

    NATO müttəfiqlərinin gəmilərinin ötən il Qara dənizdə 80 gün, bu il isə 120 gün keçirdiyini söyləyən Lunqensku, regionda daha da fəallaşacaqlarını bəyan edib.

    Hurriyyet.org