NATO baş katibi ABŞ-ı Türkiyəyə sanksiyaların yaratdığı böhrandan çıxış yolu tapmağa çağırıb

699

NATO Baş katibi Yens Stoltenberq, ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsindən təəssüfləndiyini bildirib. O, “Türkiyə və bütün NATO müttəfiqlərini” çətin vəziyyətdən “çıxış yolu axtarmağa çağırıb.

Belçikanın paytaxtı Brüsseldəki danışıqlardan sonra Monteneqronun baş naziri Zdravko Krivokapiç ilə keçirilən ortaq mətbuat konfransında Yens Stoltenberq, Vaşinqtonun Ankaraya qarşı atdığı düşmənçilik addımına dair sualları cavablandırdı.

“Mən çox təəsüf edirəm ki, NATO müttəfiqlərinin bir-birlərinə qarşı sanksiya tətbiq etdikləri vəziyyət yaranıb” deyən Stoltenberq əlavə edib ki, Türkiyənin S-400 sistemləri alması ilə bağlı narahatlıqlarını bildirmişdi.

“Bu, milli qərardır. Lakin S-400 sistemləri NATO sistemləri ilə uyğun gəlmir, onlar NATO-nun hava və raketdən müdafiə sistemlərinə inteqrasiya edə bilməzlər. Bununla bağlı narahatlığımı bildirmişəm. Eyni zamanda, Türkiyəni və bütün NATO müttəfiqlərini həll yolları axtarmağa çağırıram … İndi diqqətimizi Türkiyənin və NATO-nun düşdükləri bu çətin vəziyyətdən müsbət həll tapmağın üzərində cəmləmək lazımdır” Stoltenberq dedi.

Digər NATO üzvləri Rusiyanın S-300 RMS-ni satın aldılar və bu hansısa mübahisəyə səbəb olmadı. Moskva S-300 sistemini üç NATO üzvü də daxil 20 ölkəyə satdı: Yunanıstan, Bolqarıstan və Slovakiya. Amma heç biriinə Türkiyəyə qarşı qoyulan sanksiyalar və tələblər qoyulmadı.