NASA Yerə nəhəng meteoritin yaxınlaşdığını açıqlayıb

210

NASA Yerə yaxınlaşan 822 metrlik potensial təhlükə mənbəyi olan meteorit haqqında açıqlama yayıb. Qurum qeyd edib ki, həmin meteorit 29 noyabrda Yer kürəsinə yaxın ərazidən keçəcək.

NASA həmçinin qeyd edib ki, meteoritin ölçüsü çoxmərtəbəli binanın ölçüsünə bərabərdir. Meteoritdəki nikel, dəmir və kobaltdan ibarət olan mineralların 17,4 milyon dollar dəyərində olduğu təxmin edilir.

Mütəxəssislər hesab edirlər ki, bu cür meteoritlərin Yer kürəsi ilə hər yüz ildə bir toqquşma ehtimalı 50 mində birdir.

Xatırladaq ki, 1908-ci ildə Rusiyanın Sibir vilayətində yerləşən Tunqus çayı hövzəsinə düşən meteoritin eni 40 metr idi və bir şəhəri məhv edə biləcək qədər enerji ortaya çıxarmışdı. Onun partlayışı 1000 kilometrdən böyük məsafədə eşidilmişdi.

Xalidə,
Musavat.com