NASA Ayda su tapdı

15
ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib. “Hürriyyət”in məlumatına görə, xəbəri NASA rəhbəri Cim Braydenstayn özünün “Twitter” səhifəsində yazıb. NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir.

Braydenstayn Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkarladıqlarını bildirib.Tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə əldə edilib. “Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik”, – Braydenstayn bildirib.

Ay səthində buz kütlələri 40 min kilometr, yaxud ay səthinin 0.1 %-nı təşkil edir. “Əvvəllər kəşf edilməyən bu buz hovuzlarının sayı milyardlarladır. Ayda kosmonavtların ehtiyac duyacağı şeylər baxımından bunun inqilabi kəşf olduğunu düşünürük”, – deyə Hayn bildirib.