Narkotiklərlə Mübarizə İdarəsi ləğv olundu – NAZİRDƏN ƏMR

    15

    Daxili İşlər Nazirliyində aparılan struktur dəyişikliklər nəticəsində Bakı Şəhər Baş Polis İdarəsində 1 idarə və 1 şöbə ləğv edilib.

    "Yenisabah.az"ın əldə etdiyi məlumata görə, ləğv olunan qurumlar Narkotiklərlə Mübarizə İdarəsi və Daxili Təhqiqatlar Şöbəsidir.

    Faktla baglı DİN-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov faktı nə təsdiq, nə də təkzib etdi.