Narışkin: “Qərb Rusiyanın Azərbaycanın qələbəsini oğurladığını iddia edir”

279

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Qərb dövlətlərini Qarabağdakı sülh razılaşmasını pozmağa cəhd eləməkdə ittiham edib.

Narışkin deyib: “Bizdə olan informasiyaya görə, bəzi Qərb ölkələri özlərinə məxsus kanallar vasitəsi ilə erməni və Azərbaycan millətçilərini atəşkəs razılaşmasını pozmağa və diskreditasiya eləməyə çağırırlar. Erməniləri inandırmağa çalışırlar ki, Dağlıq Qarabağda sülh – İrəvanın məğlubiyyətidir. “Qələbə ilə nəticələnənə qədər” müharibənin davam etdirilməsi ideyası ortaya atılır. Azərbaycanlılara isə, əksinə, deyilir ki, “Azərbaycan ordusu Stepanakertin (Xankəndi – red.) alınmasının bir addımlığında olanda, Kreml onların qələbəsini oğurlayıb”.

Onun sözlərinə görə, “bu cür addımlar” – ABŞ və onun avropalı dostlarının öz məsələlərini sadə insanların – bu səfər erməni və azərbaycanlıların maraqları hesabına həll eləməsinə daha bir sübutdur. Amerikalıları və avropalılar öz təxribatlarının yenidən qan tökülməsi və regionun yenidən ağır hərbi münaqişəyə cəlb olunmasına səbəb ola bilər”.

Lakin Narışkin Qafqazda erməni problemini hansı dövlətin yaratdığını qeyd etməyib.