Namus üstündə qızını öldürən ataya AĞIR CƏZA

    12

    Qızını öldürməkdə ittiham edilən ata hakim qarşısına çıxarılıb.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 57 yaşlı İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məgkəmə iclasında hökm oxunub.

    Hökmə əsasən İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Qətl hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

    Masallı rayon, Boradigah kənd sakini Qurbanov İlqar Paşa oğlu "20 Yanvar" metrostansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini qətlə yetirib.

    Qətlin namus üstündə baş verdiyi bildirilir. Belə ki, İ.Qurbanov qızının Bakıda kafedə işlədiyini eşidib. Kənddə qızı barədə xoşagəlməz sözlər danışdığını bilə İ.Qurbanov Bakıya gəlib. O, Bakıya çatan kimi qızının yanına gedib və onu bıçaqlayaraq qətlə yetirib.