“Namizədliyini geri götürənlərin adının üstündən xətt çəkiləcək” – MSK sədri

12

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov namizədliyini geri götürənlərin adlarının seçki bülletenindən çıxarılıb-çıxarılmayacağına aydınlıq gətirib.

Hurriyyet.org-un məlumatına görə, MSK sədri jurnalistlərə açıqlamasında deyib ki, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək:

“Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq. Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç bir seçki bülleteninə düşməsin”./azvision.az/