Namizəd vəsiqəsi “Hürriyyət”in baş redaktoruna təqdim olundu – FOTO

36

Vüqar Məmmədovun Seçki qərargahı seçicilərə müraciət etdi; Seçki qərargahı vətəndaşları ciddi aktivlik nümayiş etdirməyə çağırdı

Xəbər veridiyimiz kimi, iki gün əvvəl “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədovun deputatlığa namizədliyi təsdiqlənib.

Qeyd edək ki, V.Məmmədovun namizədliyi Azərbaycan Demokrat Partiyası  (ADP) tərəfindən 25 saylı Nizami ikinci seçki dairəsindən irəli sürülüb.

Deputatlığa namizədin Seçki qərargahından verilən məlumata əsasən, Vüqar Məmmədov dünən qeydə alındığını təsdiq edən namizəd vəsiqəsini Dairə Seçki Komissiyasının sədri Heydər Vəliyevdən şəxsən qəbul edib.

V.Məmmədovun Seçki qərargahı deputatlığa namizədin imza kapmaniyasında aktivlik nümayiş etdirən seçicilərə, bu prosesdə günlərlə zəhmət çəkən tərəfdarlarına, eləcə də obyektiv araşdırma nəticəsində ədalətli qərar verən DSK rəhbərliyinə təşəkkür edib.

Bununla yanaşı, namizədin adından seçicilərə müraciət edən Seçki qərargahı onları istər seçkiqabağı təşviqat kampaniyasında, istər də seçki günü daha böyük aktivlik nümayiş etdirməyə çağırıb.

Xatırladaq ki, Vüqar Məmmədov sözügedən dairədə deputatlığa ən şanslı namizəd hesab olunur. Seçki qərargahının açıqlamasına əsasən, imza kampaniyası çərçivəsində sakinlərlə aparılan söhbətlərdən belə aydın olur ki, seçkilər demokratik keçiriləcəksə, Baş redaktorun Milli Məclisə üzv seçilməsi ehtimalı çox yüksəkdir. 

KƏNAN, Hurriyyet.org