Ən varlı, ən məşhur iki universitet – FOTO

    9

    Dünyanın ən məşhur ali təhsil universitetləri arasında lider mövqeləri tutan Oksford və Kembric universitetləri həm də çox böyük biznes strukturlarıdır.

    Hurriyyet.org bildirir ki, AzEdu.az Daily Mail-ə istinadən verdiyi məlumata görə, Kembric Universitetinin dəyəri 11,8 milyard funt-sterlinq, Oksford Universitetinin dəyəri isə 13,8 milyard funtdur.

    Bu universitetlərin çoxsaylı şirkətləri, daşınmaz əmlakları, o cümlədən Qrinviçdə O2 arenası var.

    İki universitetin malik olduqları torpaq sahələri isə İngiltərə kilsəsinin ərazilərindən daha çoxdur.

    Universitetlərin əmlakları arasında Şotlandiyada qəsr, "Top Gear" test treki, "Miluoll" futbol klubunun təlim-məşq bazası və s. də yer alır.

    Ümumilikdə isə Oksford və Kembric universitetlərinin "torpaq fondu" 104 min hektardan artıqdır.

    Britaniyadakı kolleclər arasında isə Kembricdə yerləşən Triniti kolleci ən varlıdır. Bu kollecin 1,3 milyard funt-sterlinq dəyərində varidatı var.