Ən qəribə adətlər – HİNDİSTAN

408

Hurriyyet.org xəbər verir ki, Hindistan və Nepalda yaşayan sadhular ömürləri boyunca özlərini dünya nemətlərindən, ailələrindən uzaq tutub, yoqa ilə məşğul olaraq rahiblik edirlər. İllərlə eyni şəkildə otura bilir, məbədlərdə, meşələrdə, mağaralarda yaşayırlar. Onlar meditasiya yolu ilə azadlığa çatmaq və tanrını düşünmək ilə məşğul olurlar. Tanrıya çatmaq, bədənlərini və zehinlərini arındıqmaq niyyəti ilə ibadətlər edirlər, paltardan çox istifadə eləmirlər. Maddi nemətlərdən imtina edirlər. Ət yemirlər. Karma təsirinin ortadan yox olması üçün, özlərinə əziyyət vermək məqsədilə illərlə hərəkətsiz, yaxud da bir ayaq altında duranlar var. Hindistanda 4-5 milyona yaxın sadhu yaşayır. Hind xalqı onlara hörmətlə yanaşaraq yardımlar edir.  Özləri əsla sədəqə qəbul eləməzlər. Ancaq özünü sadhu kimi göstərən çox sayda dilənci bu imiclə pul qazanır.

İnəklərin müqəddəsləşdirilməsi  və pintilikdən gələn “iman”

Hindular inəkləri müqəddəs hesab edirlər. Kənardan baxanlar inəklərə sitayiş edildiyini güman edirlər. Əslində hindular Krişna adlandırdıqları tanrının inəyin bədənində olduğunu güman edirlər. Ona görə də inəklərə əsla zərər verməzlər, ətini yeməzlər. Hindistan küçələrində inəklər sərbəst gəzirlər. Biz müqəddəs kitablara əl basıb and içdiyimiz kimi onlar da inəyin quyruğundan tutub ans içərlər. İnəyin idrarını içərək təmizlənəcəklərinə inanırlar, təzəyini alınlarına çəkirlər. Bilmədən inəyə zərər verən, yaxud da öldürən adam 6-12 ay çimməz, təmizlənməz, saqqalını və dırnaqlarını kəsməz. İctimai və iş həyatını davam etdirməz. Bu müddət başa çatandan sonra Hindistanda müqəddəs hesab edilən bir ağacın altında böyük bir ziyafət verib, ağacın yarpaqlarını bol miqdarda kərə yağından yandırandan sonra günahlarından təmizləndiyinə inanırlar.

İntihar məsələsi

Hindistanda maraqlı adətlərdən biri də intiharın günah qəbul edilməməsi, hətta təqdir edilməsidir. İntihar edəcək şəxs əvvəlcə 3 gün oruc tutar. Sonra intihar eləmək istəsə, suda boğulmaq, ac qalmaq, oda atılmaq, qatarın qarşısında oturmaq  və s. kimi diləyini həyata keçirə bilər. Həmçinin yaşlı və ya xəstə insanlar intihara tərk edilir. Onlara gözəl paltarlar geyindirib, Qanq çayının sahilinə aparıb buraxırlar. Sular qalxdıqca çay o adamı içinə çəkərək boğur. Sular qalxmazdan əvvəl o adam özünə gəlib intihardan qaçarsa, hamının gözündən düşər, heç kim onu evinə buraxmaz. Küçələrdə qalıb acından ölər.

Drahoma adəti – başlıq pulunu gəlin verir

Drahoma bəzi regionlarda keçmişdə qız evinin oğlan evindən aldığı başlıq pulunun tam əksidir. Hindistanda  evlənərkən oğlan evi yox, qız evi oğlanın ailəsinə pul ödəyir. Ona görə də Hİndistanda qız övladına sahib olmaq istəmirlər.

İlan oynatmaq adəti

Hindistanda kasıb xalqın pul qazanmaq üçün başladığı ilan öyrətmək işi bir müddət sonra Hindistanın simvoluna və adətinə çevrilib.

Sati adəti

Hindistanda tükürpədən başqa bir ənənə isə sati adətidir. Bu adətə görə, dul qalmış qadınlar da əri ilə birlikdə basdırılmalıdır. Ya qadının özü, ya da başqası onun üstünə benzin töküb yandırmalıdır. Bununla da qadının günahlarından təmizlənib ərinin yanına getdiyi güman edilir.

Qurbağa toyu

Hindistanın absurd adətlərindən biri qurbağaların evləndirilməsidir. Bu mərasim Yağmur tanrısı üçün keçirilir.

Holi festivalı

Hindistanın ənənəvi festivallarından ən çılğını və əyləncəlisi Holi festivalıdır. Bu festivalda hamı bir-birinə rəngli boyalar atır və cavan-qoca demədən əylənirlər. Hindlilər bu festivalla baharın gəlişini qeyd edirlər.

Uşaqları yüksəkdən atmaq adəti

Əmin olun ki, belə bir ənənə başqa heç bir ölkədə yoxdur. Xüsusilə də müsəlman hindlilər oğlan uşaqlarını yüksəkdən ataraq, onların daha sağlam olacağına inanırlar.

Çərpələng uçurtmaq adəti

Hindistanın ən mühüm adətlərindən biri də qışla vidalaşma niyyəti ilə keçirilən Çərpələng festivalıdır. Bu dövrdə ölkədə tətil olur və insanlar evlərinin damlarına çıxaraq uçurtma uçururlar, mahnı oxuyub rəqs edirlər.

Hurriyyet.org