“Bəzi bank sahibləri banklarına mağaza kimi baxır”

    6

    N. Əmirov bankların kredit siyasətini də sərt tənqid edib: “Banklar cəlb etdiyi vəsaiti mütləq real sektorda yerləşdirmək məcburiyyətindədir. Bu gün kreditlərin qaytarılmasında problemlər var. Bu problemə banklar tərəfindən kredit siyasətinin düzgün aparmaması səbəb olub. Açıq demək lazımdır ki, bəzi bankların sahibləri banklara bir mağaza kimi baxır. Həmin şəxslər konkret adamlara kreditlərin verilməsi ilə bağlı göstərişlər verir. Bankların idarə olunmasında problemlər var. Bu gün biz bankları qorumalıyıq, özü də birinci növbədə onların sahiblərindən qorumalıyıq. Kreditlər və depozitlər üzrə faiz dərəcələri optimallaşdırılmalıdır”.