Təhsil Nazirliyi TQDK-nın təkliflərini qəbul etmədi

    6

    N.Əliyev qeyd edib ki, bu və ya digər məsələlərlə bağlı Təhsil Nazirliyinə təklif edilmişdi. Təhsil Nazirliyinin TQDK-nın təkliflərini qəbul etmədiyini deyən şöbə müdiri əlavə edib ki, bu il yenə də Azərbaycan və Rus bölməsi üzrə qəbul-müsabiqə ayrılıqda aparılacaq. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan üçün kadrların hazırlanmasıdırsa, bölmələr üzrə fərq olmamalıdır: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da hər hansı ixtisas üzrə qəbul planının ləğv edilməsini yox, bəzi ixtisaslar üzrə plan yerlərinin sayının azaldılmasını təklif edir. Bunlar əsasən, əmək bazarında tələbat az və müsabiqə vəziyyəti aşağı olan ixtisaslardır”. /apa/