NƏSLİMİZİ KƏSƏN PANDEMİYA – Covid-19 dünyada və Azərbaycanda əhalinin demoqrafik göstəricisinə necə təsir edəcək…

1224

Keçən ilin payızından başlayan Covid-19 pandemiyası dünyada həyatı təbii axarından çıxardı və iqtisadiyyatdan tutmuş, demoqrafiyaya qədər, bütün sahələrə nüfuz etdi. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə bağlıdır. Məsələni daha aydın anlamaq üçün statistik göstəricilərı baxaq.

1900-cu ildə dünya əhalisi 1.6 milyard, 1960-da 3 milyard, 2000-də 6 milyard olmuşdur. Demoqrafların hesablamalarına görə, dünya əhalisi bu sürətlə artmağa davam etsə, 2040-də dünyamızda 10 milyard insan yaşayacaq. 2019-cu ilin statistikasına görə, dünya əhalisi 7,7 milyarda çatmışdır. BMT Baş katibinin hesabatında bildirilib ki, dünya əhalisinin sayı 2050-ci ildə 9,7 milyard nəfərə çatacaq. Amma koronavirus pandemiyası fonunda həqiqətən belə artım yaşanacaqmı?

Müxtəlif ölkələrə nəzər salaraq, pandemiyadan əvvəl də daha aydın görürdük ki, proqnoz edilən əhali artımı deyilən səviyyədə olmayacaq. Məsələn, Rusiyada 1980-cı illərin sonu 1990-cı illin əvvəlindən doğumun səviyyəsi aşağı düşmüşdür. Avropada isə doğumun səviyyəsi 1960-1970-ci illərdən azalmağa başlamışdır. Avropada ən aşağı ümumi nəsilvermə əmsalı Rusiyadadır (1,35%). Müqayisə üçün qeyd edək ki, İsveçdə ümumi nəsilvermə əmsalı – 1,65%, Böyük Britaniya və Finlandiyada doğumun ümumi əmsalı – 1,71%, Niderlandda – 1,73%, Danimarkada – 1,74%, Norveçdə –  1,80%, Fransada – 1,89%, ABŞ-da isə 2,01%-dir. Əlbəttə, ümumi nəsilvermə əmsalının az olduğu digər ölkələr də vardır. Buraya, Ukrayna (1,06%), Çexiya (1,18%), Slovakiya (1,19%), İtalya (1,20%), Moldova (1,21%), Sloveniya (1,21%), Belorusiya (1,22%), Polşa (1,22%), Latviya (1,23%), Litva(1,23%), Rumıniya (1,24%), Bolqarıstan (1,29%), Yaponiya (1,29%), Macarıstan (1,30%), İspaniya (1,30%)  və s. ölkələri aid etmək olar.

Ümumiyyətlə, bu və ya digər ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri doğulan uşaqların cinsi və yaş qrupları, eyni zamanda, uşaq ölümü üzrə olan rəqəmlərdir. Azərbaycanda doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir.

2019-cu ilin göstəricilərinə görə, Azərbaycan əhalisinin 2,5 milyon nəfərini və ya 25,5%-ini gənclər təşkil edir. Gənclərin 50,6%-i şəhər yerlərində, 49,4% isə kənd yerlərində yaşayır. Gənclərin 48,3%-ni qadınlar təşkil edir. 2017-ci ildə 15-29 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 115,5 min nəfər olmuşdur və bütövlükdə doğulan körpələrin 80,2%-i gənc anaların payına düşmüşdür. Ötən il Azərbaycanda nikaha daxil olanların 77,9% gənclər təşkil etmişdir. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27,6%,qadınların isə 23,7%-dir.

Ümumiyyətlə, dünyada olduğu kimi, ölkəmizdə də yaş strukturuna görə əhali 3 qrupa bölünür. Birincisi, 0-14 yaş qrupu. Bu yaş qrupu dünya əhalisinin 34%-ni təşkil edir. İkinci yaş qrupu isə 15-65 yaş qrupudur. Bu yaş qrupu cəmiyyətdə maddi nemətlərin əsas istehsalçısıdır. Bu yaş qrupunda dünya əhalisinin 58%-i cəmlənib. Üçüncü yaş qrupuna isə 65 yaşdan yuxarılar aiddir. 65 yaşdan yuxarılar isə dünya əhalisinin 8%-ni tutur.

Əhalinin cins tərkibində isə yeni doğulan uşaqlar arasında oğlanların sayı çoxdur. Yeni doğulan hər 100 qıza 104-107 oğlan düşür. 15 yaşına qədər oğlanların və qızların yaşı bərabərləşir. Sonrakı dövrlərdə yaş strukturunda qadınların payı artır. Bu, ilk növbədə qadınların orta ömrünün kişilərin orta ömrünə nisbətən çox olması ilə əlaqədardır. Nəzərə alsaq ki, ölkənin müdafiəsi üçün hərbçi kointingetini əsasən oğlanlar təşkil edir, indidən həyəcan siqnalı çalınmalıdır. Hətta “gec qalmışıq” deyilə bilər. 2018-ci ilin göstəricilərinə görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfər olmuşdu. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edirdi. 2018-ci ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə görə bu göstərici 13,8 təşkil etmişdi. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları idi.

2018-ci ilin yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil etmişdi. Həmçinin, 2018-ci ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olmuşdu.

2019-cu ilin göstəricilərinə görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatmışdı. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edirdi. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olmuşdu. 2019-cu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 66687 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək, eyni səviyyədə (13,6) qalmışdır. Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. 2019-cu ilin yanvar-iyun aylarında ölkədə 28745 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşmüşdür. Bu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.

Bu ilin 16.10.2020-ci il tarixinə görə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, İlin әvvәlindәn ölkә әhalisinin sayı 40 971 nәfәr vә ya 0,4% artaraq bu il sentyabrın 1-nә 10 108 079 nәfәrә çatıb.

Әhalinin sayının 52,8%-ni şәhәr, 47,2%-ni kәnd sakinlәri, 49,9%-ni kişilәr, 50,1%-ni isә qadınlar tәşkil edir. Әhalinin bir kvadrat kilometrә düşәn sayı 117 nәfәr olub. Diqqət etsək görərik ki, 2018-ci ilin əvvəlindən sentyabrına olan artım 52427 nəfər, 2019-cu ilin əvvəlindən ölkə əhalisinin sayı iyul ayına qədər 38118 nəfər və ya 0,4 faiz göstərilir. Bu ilin oktyabrın 16-na olan göstərici də 40 971 nəfər olmaqla çox sayılmamalıdır. 18.12.2019-cu iln göstəricilərinə görə, 2018-ci illə müqayisədə 0-4 yaşlıların sayı 805 mindən 771 minə, 15-19 yaşlıların sayı 652 mindən 646 minə, 20-24 yaşlıların sayı 799 mindən 760 minə, 25-29 yaşlıların sayı 934 mindən 916 minə düşüb. Həmçinin, 2018-ci illə müqayisədə 2019-cu ildə 70 yaşdan yuxarı olan şəxslərin sayında artım qeydə alınıb, 385 min nəfərdən 401 min nəfərə qalxıb. Eyni zamanda 65-69 yaşlıların sayında da artım qeydə alınıb. Belə ki, ötən il bu yaş qrupunda olanların sayı 262 min, cari ildə isə 277 min olub. Lakin müəyyən yaş qruplarının sayında azalmalar qeydə alınıb. Belə ki, öncəki illə müqayisədə 0-4 yaşlıların sayı 805 mindən 771 minə, 15-19 yaşlıların sayı 652 mindən 646 minə, 20-24 yaşlıların sayı 799 mindən 760 minə, 25-29 yaşlıların sayı 934 mindən 916 minə, 45-49 yaşlıların sayı 639 mindən 622 minə, 50-54 yaşlıların sayı 649 mindən 648 minə düşüb.

Ölkə əhalisinin sayı 2010-cu ildən başlayaraq artım tempi ilə getsə də 2013-cüildən azalma tempi başlayıb, 2014-cü ildən temp kəskin aşağı düşüb. 2010-113,5 min; 2011-124 min; 2012-121,4 min; 2013-120,6 min; 2014-115,9 min. 2015-112,6 min; 2016-104,4 min; 2017-88,1 min; 2018-83,4 min; 2019-85,6 min. 2020-ci ilin son göstəriciləri ortaya qoyulanda mənzərə daha dəhşətli olacaq, çünki pandemiya xaosu ölkəyə bütün sahələrdə və sözün bütün mənalarında ziyan vurdu.

(Ardı var)

Hazırladı: Ülviyyə ŞÜKÜROVA