Nəsimi rayonunun Bakıxanov küçəsində yerləşən parkda baş verən yanğın söndürülüb

13

 

Nəsimi rayonu ərazisində Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən parkda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində təqribən bir hektar ərazidə ağaclıq və quru ot yanıb. Alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.