Nərimanov rayon Polis İdarəsinin zabiti və əfqanıstanlı iş adamı vətəndaşa 14880 manat ziyan vurdu – ƏFQANISTANLI İŞ ADAMI OLANLARI TƏKZİB ETDİ

234

 

Mehriban xanım “Gənclik Mall”ı söküb yenidən inşa etdirəndə dayımızın “Çempion”  kafesinə dəyə bilmədi…”

1997-ci ildən Badamdar qəsəbəsi, Köhnə bağlar  küçəsi, ev 49 ünvanında yaşayan Elqani Məmmədov redaksiyamıza müraciər edərək, Nərimanov rayon Polis İdarəsinin zabiti Ceyhun Məmmədov, onun bacısı oğlanları olan Rəşad və Əliş İbrahimovlar və digər qonşu Əfqanıstanlı Mohamad Musafer Abdul Qader, Qaderin bağbanı Məmməd, Qaderin layihə icraçısı (prorabı) Vahab bəydən şikayətçi olduğunu bildirir. O, qonşuluğunda olan boş və yararsız, uçqun sahəninin Ceyhun Məmmədovun atasının qaçqın kimi zəbt etdiyini, atasının ölümündən sonra  Asif Əsgərov Səbail Rayon İcra Hakimiyyətinin başçısı işləyən zaman Ceyhunla idmançı dost kimi həmin boş və yararsız, uçqun torpağı qanunsuz olaraq  özəlləşdirdiyini qeyd edib:

– Elqani bəy, torpaq sahəsinin neçənci ildə alqı-satqısı olub?

– 2018-ci ilin əvvəllərində Ceyhun Asif Əsədovla qanunsuz özəlləşdirdiyi yararsız uçqun sahəni satmaq qərarına gəlir. Əfqanıstanlı Muhamad Musafer Abdul Qaderə, digər qonşuya, eyni zamanda torpağın alqı-satqısından sonra hasarın tikintisinin icazəsi üçün mənə müraciəti də Ceyhun öz üzərinə götürüb. Ona görə də Qaderdən pulu alıb geri çəkilib. Bacısı oğlanları Rəşad və Əlişi qabağa verib.  Ona görə də 2018-ci ildə başladıqları işləri dələduzluqlarına görə, yalanlarına, başqasının haqqına, torpağına girdiklərinə görə, verdikləri sözləri əməl etmədikləri üçün başa çatdıra bilmədilər və çatdıra bilməyəcəklər də. Ona görə ki, boş, yararsız, uçqun sahədir.

“Əliş dedi ki, “Gənclik Mall” Mehriban xanımındır. Mehriban xanım oranı söküb yenidən inşa etdirəndə dayımızın “Çempion”  kafesinə dəyə bilmədi…”

“2018-ci ilin aprel ayının  əvvəllərində Rəşad qardaşı Əliş ilə birikdə mənə yaxınlaşaraq bildirdilər ki, dayısı Ceyhun aramızda olan hasarı sökərək yerinə 60 sm enində daş hasar çəkəcəkdir. Mən soruşandaki hanı Ceyhun? Əliş mənə dedi ki, Ceyhun dayım idmançıdır, kantuziyalıdır.  Bu zaman ağdamlı variantını işə salıb, Rəşad telefonunu açaraq başlayır  Ceyhunun Rusiya və Azərbaycan prezidenti ilə olan şəkillərini mənə göstərib tərifləməyə.  Əliş dedi ki, “Gənclik Mall” Mehriban xanımındır. Mehriban xanım oranı söküb yenidən inşa etdirəndə dayımızın “Çempion”  kafesinə dəyə bilmədi. Uşaq və gədə söhbəti!  Xülasə, mən bu uşaqları gətirib saldım hasar tikiləcək hissəyə və başa saldım ki, bu köhnə hasar bizimlə sizin sərhəddir.  Bu da hasarın boruları. Hasardan o biri tərəfdə nə tikirsiniz tikin, ancaq hasar düz getməlidir ki, mən tərəfdən əyri-üyrü olmasın, yəni mənə zərər vurmamaq şərti ilə. Bu zaman Əliş mənə yaxın gələrək dedi: Əmi siz narahat olmayın. Sizin həyətə yuxarı hissədən, onlar tərəfdən 1 metr enində 1 nəfərlik balaca traktor daxil olacaq. Sizin həyətdən başlayacaq 60 sm enində özül qazmağa. Özüldən çıxan torpağı isə sizin həyətə tökəcəyik. Hasarı bir və ya iki metr qaldırdıqdan sonra torpağı qaytarıb atacağıq hasarın arxasına . Mən bu zaman soruşandaki hasarın hündürlüyü nə qədər olacaqdı ki? Əliş dedi ki, üç-dörd metr.  Sonra mən yenə də Əliş və Rəşada müraciət etdim ki, nə vaxt işə başlayırsınız? Elə 3-4 günə – deyə cavab verdi. Sonra biz aralaşdıq. Növbəti gün Məmməd mənə yaxınlaşıb özünü Qaderin bağbanı kimi təqdim etdi və dedi ki, sizin həyətdən keçib hasarı yenidən daş ilə tikmək istəyirik. Məmmədi də hasarın tikiləcəyi  yerə gətirdim, ətraflı izah etdim və sərhədi göstərdim. Məmməddən də təkrar hasarın eni və uzunluğu haqqında soruşdum. O da mənə eyni cavabları verdi – hasarın eni 60 sm, hündürlüyü isə üç-dörd metr olacaq. Mən ə dedim ki, hasarı tikəndə mənə deyərsiniz, mən  gələrəm, sərhəddən  ip çəkərik o başdan bu başa ki, hasar düz tikilsin. Traktor qazanda sərhədi  o tərəf bu tərəfə keçməsin.  Məmməd dedi ki, ay müəllim ağaclar imkan verməz ip çəkməyə narahat olmayın. Biz qonşuyuq, iş görəcəyik. Mərdimazar deyilik ki?!  Ağacları qıracaqları barədə nə Məmməd nə də Rəşad, Əliş qardaşları bir söz demədilər. Ancaq qardaşlar mənə demişdilər ki 1 nəfərlik 1 metr enində olan trakor girəcək həyətə və heç nəyə də xəsarət  yetirilməyəcək. Təxminən iki-üç gündən sonra Əliş mənə zəng vurdu ki, əmi biz sabah işə başlayırıq. Mən telefonda Əlişə dedim ki, sabah mənim işlərim var. Gəlin bu işi sabaha yox, birisi günə saxlayaq. Əliş etiraz etdi.  Dedi siz bizə, yəni Rəşada, bağban Məmmədə və mənə dediyiniz, göstərdiyiniz  sərhəddən başlayaq işə,  siz isə axşam gələndə baxarsız necə iş görmüşük.  Mən bu dəfə  Əlişə yenidən öz tövsiyələrimi, işi necə görəcəkləri barədə tapşırıqlarımı verdim.  Səhəri gün öz işlərimin dalınca getdim. Axşam mən həyətə gələndə nələri gördüm”.

– Sizə təxminən nə qədər ziyan dəyib?

– Mənə məxsus müxtəlifcinsli 22 ədəd meyvə ağaclarımı məhv edib, qırıb yığıblar həyətin bir kənarına (Bunların hamısını Təranə xanım təsdiq edə bilər). Təxminən 2.000 ədəd mişar daşlarını traktorun kovşuna doldurub töküblər alma ağaclarının başına. Axı biz bu barədə danışmamışdıq, kim icazə verib belə bir şeyə?! Alma ağaclarının yanında ərik ağacları məhv olub, onun da yəni ərik ağacının yanında alça ağacı da qalıb daşların altında. Hal-hazırda da gəlib görə bilərsiniz. Bunlardan əlavə özülü qazarkən çıxan torpaqları özüldən 3 metr kənardakı kanal olan yerə –  3 ədəd əncir, 1 ədəd heyva və 1 ədəd findiq ağacının başına töküblər. Bunları da gəlib görə bilərsiniz.  Digər qonşu Kamil ilə aramızda olan – “şərikli” tikdirdiyimiz 22 metrlik hasarın 11 metrini uçurublar. Hasar uçan zaman bütövlükdə 22 metr boyu tam olaraq silkələnmiş və yerdə qalan hissədə çatlar əmələ gəlmişdir.  Hətta mənə məxsus olan toyuq hininin damı da  zədələnərək hasardan aralanmışdır.  Hasar da, toyuq hini də olduğu kimi qalır.

– Sizə ümumilikdə dəyən zərərin miqdarı nə  qədərdir?

– 22 ədəd meyvə ağacı məhv edilib. Səbail rayon polis idarəsinin çıxardığı qərara əsasən, ümumilikdə 14880 manat maddi ziyan dəyib.

– Dövlət qurumlarına müraciət etmisiniz və sizə hansı cavab verilib?

– Mən 1 iyun 2020-ci ildə növbəti dəfə Fuad Ələsgərovun qəbuluna yazıldım. 2 iyun tarixində Baş prokurorluğun Daxili İşlər Nazirliyinə Nəzarət İdarəsinin rəis müavini Toğrul Muxtarov mənə zəng edərək bildirdi ki, Prezident aparatından tapşırıq olunub, sizin 22 ədəd meyvə ağaclarının məhv edilməsi ilə bağlı cinayət işinin başlanması tövsiyə olunub. Odur ki, narahat olmayın 14.880 manat da təmin ediləcək. 3 iyun tarixində Toğrul Muxtarov səhər saat 10-11 radələrində  təkrar mənə zəng edərək bildirdi ki, cinayət işinin başlanması barədə qərar verilib artıq. Səbail prokurorluğuna material göndərilib artıq. Daha bir şad xəbər sizə. Sizi Pokurorluğun vəzifəli şəxsi qəbul edəcək. Həmin gün saat 15:00-da mən qəbulda oldum. Fuad Ələsgərov Regionlarda olduğundan məni Gülnar Rəsulova qəbul etdi. Mən başıma gələnləri danışdıqdan sonra Rəsulovadan 2 ədəd qərarın ləğv edilməsini xahiş edəndə, Rəsulova mənə bildirdi ki, bir ədəd qərar artıq ləğv edilib. O biri qərar hansıdır? 157-ci maddə – özünə qəsdən xəsarət yetirib mənim üstümə yıxıb. HK- 263  19.06.2019 tarixli qərar. Rəsulova mənə bildirdi ki, o qərarı da tələb edib baxarıq. Nə lazımdı həll edərik. Sonra mən Rəsulovadan xahiş etdim ki, məni Baş Prokuror və D.İ.N-i qəbul etsinlər. Lakin bu günə qədər nə Toğrul Muxtarov, nə də Gülnar Rəsulova mənə verdikləri telefon nömrələrinə olan zənglərə cavab vermirlər. Belə çıxır ki, Fuad Ələsgərovun qəbuluna yazılanda hamı əl-əşirə düşür. Qəbul olmadıqda hamı oturur öz yerində. Heç kim, heç bir qərar haqqında belə düşünmürlər. Dediklərim  obyektiv şəkildə araşdırılsın və öz həllini tapsın.

Hurriyyet.org olaraq, əfqanıstanlı iş adamı Mohamad Musafer Abdul Qaderlə əlaqə saxladıq. O, Elqani Məmmədovun pilləkənlərini düzəltməsiylə bağlı və 5000 azn qarşılığında əvvəlcədən razılığa gəldiyini bildirib. O, eyni zamanda Elqani Məmmədovun ustalardan biriylə mübahisə etdiyini və taxtayla başına xəsarət yetirdiyini qeyd edib:

“Həmin vaxt təxminən altı ay ölkədə olmamışam. Mən olmayan vaxt Elqani Məmmədov ustayla mübahisə edib.O, bildirib ki, mənim pilləkənlərimi düzəltsinlər, üstündə də 5000 azn pul verilməsiylə bağlı razılığa gəlib. O, iş gedən vaxtı hər gün gəlib ustalara işin gedişiylə bağlı göstəriş də verib. Sonda da ustalardan biri ilə mübahisə də edib. Həmin ərazi sürüşmə olduğuna görə, sadecə bərkitmə işləri aparmışıq. Həmin vaxtı İcra Hakimiyyətindən, Ekologiya nazirliyindən gəlib baxıblar. Əlimdə sənədlər də var. Həmin ərazi zibillik olub. Heç ərazinin sənədi belə olmayıb. Mən özüm halal və namaz qılan insanam. Mən hansı ölkəyə getmişəmsə, belə insanla rastlaşmamışam. Səfirliyə də gedib şikayətimi bildirmişəm. Səbail rayon polis idarəsinə də şikayətə getmişəm. Polis idarəsindən Elqani Məmmədovu tapa bilmədiyini deyirlər. Sonuncu dəfə də fəhlələrlə mübahisə edib. Fəhələrlərdən birinin başına taxtayla vuraraq, xəsarət yetirib. Ayın 2-də məhkəmə olmalıdır”.

REDAKSİYADAN: MÖVZUNU DAVAM ETDİRƏCƏYİK.