Nərimanov rayon icra başçısının müavini “Bandotel”ə çağırılıb – QURBAN MƏMƏDOVUN EVİ SÖKÜLƏN SAATLARDA

582

Xəbər verdiyimiz kimi, İngiltərədə siyasi mühacir həyatı yaşayan tanınmış hüquqşünas Qurban Məmmədovun Nərimanov rayonu ərazisindəki evi qanunsuz və məhkəmə qərarı olmadan sökülüb.

Hurriyyet.orga etibarlı mənbədən daxil olan məlumata görə, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov söküntü həyata keçirilən gün, səhər saatlarında ifadə verməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotel”) dəvət edilmiş, yalnız söküntü işləri bitəndən sonra buraxılmışdır.

Ehtimal olunur ki, Şahmar İbadovun “Bandotel”ə çağırılması ilə Qurban Məmmədovun evinin söküntüsü arasında hansısa bağlılıq var. Hurriyyet.org olaraq istər Nərimanov İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun, istərsə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mövqeyini dərc etməyə hazırıq.

Bu qanunsuz söküntü onu deməyə əsas verir ki, Abidin Fərzəliyev Qurban Məmmədovla əlaqəsinin olmadığını sübuta yetirmək üçün onun evinin söküntüsünə başlayıb və bununla özünü “təmizə çıxarmağa” çalışır.

YƏHYA,

Hurriyyet.org