Myasnikovdan koronavirus PROQNOZU: 2023-cü ildə…

63

Tanınmış televiziya aparıcısı və həkim Aleksandr Myasnikov koronavirus infeksiyasına yoluxma hallarının artmasını müsbət vəziyyət kimi qiymətləndirib.

O, verilən statistikaya “sevinmək” lazım olduğunu izah edib. Həkimin fikrincə, rəqəmlərə diqqət yetirməyə dəyməz:

“Say artdıqca sevinməlisiniz. Asimptomatik və xəstəliyi yüngül keçirənlər nə qədər çox olarsa, kütləvi immunitetin qazanılması prosesi daha da sürətlənəcək. İctimai immunitetin qazanılması 2-3 il çəkəcək. Lakin koronavirus heç bir yerdə yox olmayacaq, yumşaq formada olsa da geri dönəcək. Əmin edirəm ki, 2023-cü ildə COVID-19 qrip kimi adiləşəcək”. \\Publika