“Muxtar varis” planı baş tutmadı: “Prostoy” müavin niyə seçilmədi?

9

Naxçıvan Ali Məclisinin sədri seçilib.

Ovqat.com “Nuhçıxan”a istinadən xəbər verir ki, bu vəzifə gözlənildiyi kimi yenidən Vasif Talıbova tapşırılıb.

Bizim Naxçıvan MR deputatlarına yaxın dairələrdən əldə etdiyimiz məlumata digər məlumata görə isə, Vasif Talıbovun birinci müavini də müəyyənləşdirilib. Bu, Naxçıvanın “boz kardinalı” kimi tanınan Azər Zeynalovdur. Əslində bu da gözlənilməz deyildi və sessiyadan əvvəl qələmə aldığımız yazımızda irəli sürdüyümüz bütün ehtimallarda Azər Zeynalovun öz yerində saxlanılacağı bildirilirdi.

 

Məlumata görə, Vasif Talıbovun digər müavininin kimliyini müəyyənləşdirmək  isə sonrakı sessiyalara saxlanılıb.

Xatırladaq ki, seçkidən əvvəl Vasif Talıbovun “prostoy” müavininin kim olacağı barədə mülahizələrimizi açıqlamışdıq. Xəbər vermişdik ki, bu yerə iki namizəd üzərində durulmuşdu. Bunlardan biri Vasif Talıbovun oğlu Seymur, digəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri İsmayıl Cavanşir oğlu Qəribli idi. Maraqlıdır ki, bugünkü sessiyada bu namizədlərdən heç birini seçmək mümkün olmayıb. Halbuki sessiyanın gündəliyində duran əsas məsələlərdən biri də “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavinlərinin seçilməsi” idi.

 

Gündəlikdə ikinci məsələ kimi dayanan bu bənddə yalnız birinci müavindən söhbət getmir, cəm şəkildə “müavinlərin seçilməsi” vurğulanırdı. Aldığımız məlumatda isə sessiyada yalnız birinci müavinin seçildiyi bildirilir.

 

Mülahizələrə görə, Naxçıvan MR Ali Məclisinin “prostoy” müavininin seçilməməsinin siyasi səbəbləri var. Bildirilir ki, Vasif Talıbovun öz oğlunun bu yerə seçilməsinin icazəsini ala bilməyib. Cavanşir Qəribliyə də hansısa səbəbdən razılıq verilməyib. Ehtimallara görə, bu yerə Bakının öz namizədi var və Naxçıvan MR-ə bundan sonra “prostoy” müavin nəzarət edəcək. Yəni Muxtar Respublikada Vasif Talıbova nəzarət mexanizmi formalaşdırılacaq. Görünür, paytaxtda Cavanşir Qəriblinin bunu bacara biləcəyinə inanmayıblar.