“Müxalifətin sabitliyi pozmaq üçün resursu yoxdur” – Gürcüstan hakimiyyəti

    3

    “Gürcüstan hakimiyyəti yeni prezidentin inaquriyasiyasına və 2020-ci il parlament seçkilərinə hazırlaşır”.

    Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze ölkənin Birinci Kanalında çıxışı zamanı deyib.

    O, Milli Hərəkatın ölkədə sabitliyi pozmaq üçün kifayət qədər resursunun olmamasını vurğulayıb.

    Xatırladaq ki, ötən gün müxalifətinin mitinqi zamanı keçmiş prezidentliyə namizəd Qriqol Vaşadze hakimiyyətdən dekabrın 16-na qədər işçi qrup yaradaraq növbədənəkənar prezident seçkilərinin keçirilməsini tələb edib.