Müxalifət parlamentin iclasını boykot etdi – GÜRCÜSTANDA

    21

    Gürcüstanda müxalifət partiyaları parlamentin plenar iclasını boykot ediblər.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, müxalif "Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyalarının parlament fraksiyaları bugünki plenar sessiyanı siyasi boykot etdiklərini açıqlayıblar.

    Partiyaların fraksiyaları bunun ölkədə baş verən proseslərlə əlaqəli olduğunu bildiriblər.

    Parlament bürosunun artıq müxalifət fraksiyalarının boykot etmə müraciətini aldığı bildirilib.

    Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin yaz sessiyasının sonuncu iclasıdır.