Müxalif deputat Paşinyanı yıxıb sürüdü: “Keçmişinizi xatırlayın!”

6

“Parlaq Ermənistan” fraksiyasından olan parlament üzvü Ani Samsonyan bu gün Baş nazir Nikol Paşinyanın hökumət iclasında verdiyi açıqlamaya cavab verib.

Baş nazir bildirib ki, indi müxalifət fəaliyyəti ilə məşğul olmaq gəlirli işdir.

“Hörmətli Baş nazir, sizə müqavimət göstərən bəzi insanları müxalifət fəaliyyəti ilə məşğul olmağa çağırırsınız və qeyd edirsiniz ki, bu, qazanclı bir işdir. Siz iqtidara gəlməzdən əvvəl müxalifət düşərgəsində uzun bir yol qət etdiyinizi xatırlayın. İkincisi, demokratiya institutu olaraq müxalifət fəaliyyətinə hörmətlə yanaşın. Öz nüfuzunuzdan istifadə edərək məsələnin mahiyyətini təhrif etməyin!”. Ani Samsonyan bu sözləri özünün Facebook səhifəsində yazıb. \\KONKRET.az