“Mütləq şəkildə islahatlar olmalıdır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

    6

    “İqtidar borcludur ki, siyasi-iqtisadi islahatlara getsin”

    “Xaricdə sosial şəbəkələr vasitəsilə hakimiyyətə müxalif mühacirlərin informasiya hücumları, xalqı inqilab etməyə və itaətsizlik çağırışları müsbət effekt verməyəcək. Bu çağırışlar təbii ki, xalqın müəyyən kəsimində maraq oyadır və öz sosial durumundan narazılıq fonunda onların bu kimi təhlükəli çağırışlarını diqqətlə izləyirlər. Belə bir çağırışlara real dəstək verməsələrdə, proseslərin davam etməsi nəticəsində cəmiyyətdə və hakimiyyətdə tektonik hərəkətlənməyə gətirir”. Hurriyyet.org xəbər verir ki, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

    “Baş verənlər cəmiyyətdə siyasi düşmənçiliyin inkişafına şərait yaradır”

    “İlk növbədə, iqtidar borcludur ki, siyasi-iqtisadi islahatlara getsin, ölkədə vətəndaş cəmiyyətinin inkişafına yaşıl işıq yandırsın. Baş verənlər cəmiyyətdə siyasi düşmənçiliyin inkişafına şərait yaradılmaqla, siyasi deqredadasiyaya gətirib çıxarır. Bu da dövlətçiliyin zədələnməsinə gətirir gətirir”-deyə politoloq əlavə edib.

    M. Əsədullazadənin fikrincə, ölkədə mitinq keçirilməsinə qərar verilməsi, sosial şəbəkələr vasitəsilə təbliğatlara baxmayaraq ölkə əhalisinin real şəkildə dəstəyi gözlənilməyəcək:“Çünki xarici güc mərkəzləri iqtidara dəstək verir. Regional şərtlər iqtidarın əleyhinə deyil”.

    “ABŞ, Rusiya və Avropa iqtidara tam dəstək verir”

    Əsədullazadənin sözlərinə görə, ölkə daxilində Milli Şura və Əli Kərimlinin virtual çağırışları, problemləri qabartması manipulyasiyadır və həlledici məqamda xalqı problemlə üz-üzə qoymağa hazırdırlar: “Bu kəsim şəxsi mənafeləri uğrunda müxalifətin birləşməsinə zərbə vurublar. Sadəcə, iqtidar xalqın siyasi mariflənməsini, birləşməsini özü üçün risk hesab edir və nəticədə proseslər indiki kimi öz əleyhinə işləyir. İqtidar üçün xarici təhlükə yoxdur. Qeyd etdiyim kimi ABŞ, Rusiya və Avropa iqtidara tam dəstək verir”.

    “İqtidar daxilində müəyyən qruplar var ki, onlar sosial islahatlarda maraqlı deyillər verir”

    “Yalnız iqtidar xalqın kortəbii narazılığından ehtiyat edir. Bu da sosial vəziyyətin ağırlığından irəli gəlir. İqtidar daxilində müəyyən qruplar var ki, onlar sosial islahatlarda maraqlı deyillər. Onlar bundan istifadə edərək, komanda içində öz oyunlarını həyata keçirirlər. Mütləq şəkildə islahatlar olmalıdır”,-deyə politoloq vurğulayıb.

    Şamo EMİN, Hurriyyet.org