“Mütəşəkkil dəstəni 13 nəfər hakim müdafiə edir” – ŞİKAYƏT – II HİSSƏ

    51

    Yasin Bayramov: “Mütəşəkkil dəstəni müdafiə edən hakimlər haqqında heç bir tədbir görmürlər”

    Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, ev 0002, mənzil 0103-də müvəqqəti yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edən şikayətçi yazır:

    (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/mutesekkil_desteni_13_nefer_hakim_mudafie_edir_-_ikayt)

    Əgər mənim Apellyasiya şikayətimə Bakı Apellyasiya Məhkəməsinin MK-da ədalətli baxılsaydı, Azərbaycan Respublikasının MPM-nin 394.1-ci maddəsinə əsasən işə apellyasiya qaydasında baxan MK-ya bu məcəllənin 265.4-cü, 265.5-ci maddələrində nəzərdə tutulmuş hallarda habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakim barəsində xüsusi qərardad çıxarılmalıydı. Belə olan halda 13 nəfərdən ibarət olan hakimlərin qrupları dağıla bilərdi.

    11 oktyabr 2018-ci il tarixli iş (102)-6005/2018 saylı qərarla Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən iddiaçılar hesab olunan Mehdiyeva Elmira Süleyman qızı, Bayramov Ziyədəli Yasin oğlu və Bayramov Ruzigar Yasin oğlu tərəfindən birgə, üçüncü şəxs Mənsurov Elşad Qəzənfər oğlu tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edildi.

    Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1049/2018 saylı 21 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edildi, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildi.

    Yuxarıda qeyd edilən iş Ali Məhkəmənin hakimi T.Qoldmanın icraatındaydı. Mən hakim T.Qoldmana 24.08.2018-ci il tarixində ərizə ilə müraciət etdim ki, mən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən, məhkəmə iclasında yalnız vəkillə birgə iştirak etməliyəm. Ona görə də Nizami rayon 28 saylı MKİS-nin 18.05.2018-ci il tarixli 486 nömrəli ayarışı aldım ki, heç bir yerdə işləmirəm. Həmin rayonun Məşğulluq Mərkəzi 25.05.2018-ci il tarixli 322 nömrəli arayışı ilə məhkəməyə bildirdi ki, mən heç bir yerdə işləmirəm. Sosial Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin 16.05.2018-ci il tarixli 2291 nömrəli arayışında da məhkəməyə bildirilir ki, mən ayda 149 manat pensiya alıram.

    14 sentyabr 2018-ci il tarixində Ali Məhkəmənin Mülki Kollegiyası hakimlər T.Qoldmanın sədrliyi və məruzəsi ilə Ə.Mirzəliyev və K.Quliyevdən ibarət tərkibdə, Qoşqarlı Rəşəd Nizami oğlunun katibliyi ilə, cavabdeh Bayramov Yasin Ziyədəli oğlunun kassasiya instansiyası məhkəməsində iştirak etmək üçün vəkillə təmin olunması barədə ərizəmə baxıldı. Qərardadda qeyd edilir ki, cavabdehin ərizəsinə əlavə olunmuş sənədlər onun vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığı barədə qənaətə gəlməyə əsas verilir. Bu məsələdə Allahsızlığın Ali Məhkəmədə hökm sürməsi sübutdu.

    Yuxarıda qeyd edilənlərə əsasən tam məsuliyyətlə deyə bilərəm ki, Məhkəmə hakimiyyətinin hakimlərinin əksəriyyəti öz vətəndaşlarına qarşı elan olunmamış müharibə aparırlar. Yuxarıda qeyd etdiyim arayışların hamsı ayrı-ayrılıqda sistemdədir.

    01.10.2018-ci il tarixində Ali Məhkəmənin sədri cənab R.Rzayevə və Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Məmmədovaya müraciət etdim. Və bildirdim ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mənim əsassız olaraq vəkillə təmin olunmamağıma görə hər üç Ali Məhkəmənin hakimləri məsuliyyət daşıyır. Ərizəmdə Ali Məhkəmənin sədri R.Rzayevdən və Mülki Kollegiyanın sədrin Şəlalə Məmmədovadan xahiş etdim ki, mənim haqqımda olan kassasiya şikayətinə baxılmasının dayandırılması təmin edilsin.

    Ona görə ki, iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlunun 01 yanvar 2006-cı il tarixdən 31 dekabr 2006-cı il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Dövlət Sərhədindən çıxışı barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən məlumatların alınması barədə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət etdim. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 06.12.2018-ci il tarixli 33/5010 nömrəli məktubu təsdiq etdi ki, cinayət törədən hakimlərin iddiaçı hesab etdiyi Bayramov Ziyədəli Yasin oğlunun ölkədən çıxışı 22.02.2006-cı ildə olmuşdur. Onun 31.12.2006-cı ildən sonra da ölkəyə girişi olmamışdır.

    Mən kassasiya şikayətini aldıqdan sonra mənə məlum oldu ki, kassasiya şikayəti iddiaçı hesab olunan Mehdiyeva Elmira Süleyman qızı və iddiaçı olmayan Bayramov Ziyədəli Yasin oğlu imzalamamışdılar. Onlar heç kimə etibarnamə verməmişdilər ki, onların əvəzinə kassasiya şikayətini imzalasınlar. Azərbaycan Respublikasının MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu məsələnin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüquq olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa; Həmin məcəllənin 408.3-cü maddəsinə əsasən, kassasiya şikayətinin qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsində qərardad çıxarılmalıydı. Belə qərardad Bakı Apellyasiya Məhkəməsində çıxarıla bilməz. Çünki, mən orda Allahsızlığın hökm sürdüyünün şahidiyim. O, təşkilatda başa düşməyənlər var. Onlar başa düşmürlər ki, Qobustan türməsinin yolu uzaqda deyil.

    01.10.2018-ci ildə tərkibə etiraz etdim və əsaslandırdım ki, Ali Məhkəmənin hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyevin bilə-bilə ədalətsiz qərardad çıxarması (24 sentyabr 2018-ci ildə) mən üçün sübut olundu. Məni dövlət hesabına vəkillə təmin etməmələrinə görə Ali Məhkəmənin hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.1-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.

    Saxta kassasiya şikayətini tərtib etmiş vəkillər R.İ.Səfərov və vəkil Z.V.Abasov böhtanlara görə həbs olunmalıdırlar. Çünki, onlar bilirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi gizli çıxarılıb və iddiaçılar yoxdu.

    Müstəqil tələb irəli sürməyən üçüncü şəxs E.Q.Mansurov 11.10.2018-ci il tarixində Ali Məhkəmənin MK-nın iclasında çıxış etmədi. Mənə də MK-nın iclasında hakimlər tərəfindən söz verilmədi. Hakimlərin çıxardıqları qətnaməni və məhkəmə iclasının protokolunu saxtalaşdırılması sübutdu. Məhkəmə iclasının protokolu ilə tanış olmaq üçün mütəşəkkil dəstəni müdafiə edən Ali Məhkəmənin hakimi T.Qoldmana ərizə ilə müraciət etdim. Hakim T.Qoldman bu günə kimi mənə məhkəmə iclasının protokolu ilə tanış olmağıma imkan yaratmadı.

    Ali Məhkəmənin iş 2(102)-6005/2018 saylı 11.10.2018-ci il tarixli qərarının 5-ci səhifəsinin 5-ci və 6-cı abzaslarını olduğu kimi qeyd edirəm.

    “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsas müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

    “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 nömrəli qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Mənzil Məcəlləsinin 87-ci maddəsinin tətbiqi üçün şəxsin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur.

    Ali Məhkəmənin qərarının 5-ci səhifəsinin 5-ci abzasında fikir anlayışlığı lazımi səviyyədə tərtib edilməsi və qanunların ardıcıllıqla şərh edilməməsi göstərilməsə də, mənim sahibi olduğum mənzilimdə yaşayış sahəsinə olan hüququmdan məhrum etmir. Belə olan halda cinayət törətmiş Ali Məhkəmənin hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyev nə üçün mütəşəkkil dəstəni və Bakı şəhəri Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayevanı və onun gizli çıxardığı qətnaməsini müdafiə edirlər.

    Yuxarıda adları qeyd edilən Ali Məhkəmənin hakimləri nəzəriyyələrinə və mülahizələrinə görə çıxardıqları qanunsuz qərarda cinayət törətmələrini sübut edirlər. Bakı şəhəri Nizami rayon məhkəməsi hüququ olmayan şəxs tərəfindən məhkəməyə təqdim edilmiş saxta iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, geri qaytarılmalıydı. Hüququ olmayan şəxs tərəfindən Bakı şəhəri Nizami rayon məhkəməsinə təqdim edilmiş saxta iddia ərizəsindən hakim A.Abdullayevanın xəbəri olmuşdu. Lakin mütəşəkkil dəstənin arzularını yerinə yetirmək üçün saxta iddia ərizəsini geri qaytarmamaq məcburiyyətində qalmışdı. Əgər iddia ərizəsi qanuni əsaslara görə məhkəməyə təqdim edilsəydi aşağıdakı qaydada məhkəmədə baxılmalıydı.

    Yəni, həqiqətən mənim sahibi olduğum mənzilimdən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisə 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir.

    01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsində irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər.

    Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinin tələbinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayan onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilər.

    Bakı şəhəri Xalq Deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən 02.11.1989-cu il tarixdə verilmiş 101423 saylı orderə əsasən Bakı şəhəri, Qara Qarayev küçəsi, 108 saylı evin 112 saylı mənzilin sahibi mən olmuşam. Mehdiyeva Elmira Süleyman qızı, Bayramov Ziyədəli Yasin oğlu və Bayramov Ruzigar Yasin oğlu mənə məxsus mənzilimdə qeydiyyatda olmuşlar. Saxta iş materiallarına mənzilin orderi əlavə edilir. 27.09.2003-cü ildə ailə üzvlərimə maddi yardım göstərmək üçün Rusiya Federasiyasına getmişəm. Bu faktı saxta iş materiallarındakı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 19.0.2018-ci il tarixli, K/98/33/B-181 saylı məktubu təsdiq edir.

    “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərhi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

    “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

    (Ardı var)

    Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org