Mutasiyaya uğrayan COVID-19 aşkarlandı: Xəstəlik daha yüngül keçir

90

172 mindən artıq insanın COVID-19 virusuna yoluxduğu İndoneziya dünya alimlərini təəccübləndirən açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, İndoneziyanın Eijkman Molekulyar Biologiya İnstitutu koronavirusun mutasiyaya uğradığını aşkarlayıb.

İndoneziyada son 24 saat ərzində 2858 nəfərdə virusa yoluxma halı aşkarlanıb. Aşkarlanan yoluxmanın COVID-19-un yeni mutasiya növü olduğu bildirilib.

D614G adlı virusunun mutasiyaya uğramış versiyası daha yoluxucu olsa da, xəstəlik yüngül keçirilir. Mütəxəssislər ölkədəki yoluxma sayındakı artımın bununla əlaqəli olub-olmadığını öyrənməyə çalışır.