Mutasiya panikası – yeni koronavis növü peyvəndə tabe olacaqmı?

528

Hurriyyet.org xəbər verir ki, İngiltərədə aşkar edilən mutasiyaya uğramış Kovid-19 növü bir çox ölkələrdə təşviş doğurub. Peyvəndlərin virusun B117 adlandırılan yeni növünə qarşı təsirli olub-olmayacağının müzakirə edildiyi bir zamanda Almaniyanın Səhiyyə naziri  Yens Şpan yeni koronavirus növünün peyvəndə təsir eləmədiyini bildirərək söyləyib: “Ehtimallar doğrudursa, bu mutasiyaya uğramış virus koronadan 70 faiz daha sürətlə yoluxur və yayılır. Bu günkü məlumata görə, bu mutasiyanın peyvənd prosesinə heç bir təsiri yoxdur. Bu, çox yaxşı bir xəbərdir. Bu o deməkdir ki, peyvənd koronanın mutasiyaya uğramış növünə də qarşı işə yarayır”.