Mustafa Şentop yenidən Türkiyə PARLAMENTİNİN SƏDRİ SEÇİLDİ

39

Mustafa Şentop iyulun 7-də yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Parlamentdə təşkil olunan səsvermədə beş namizəd mübarizə aparıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən Mustafa Şentop vahid namizəd olaraq irəli sürüb. O, 328 səslə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. M.Şentopun parlament üzvləri qarşısında təbrik çıxışı dinlənilib. \\Teleqraf