Müslümovun daş karxanaları ƏLİNDƏN ÇIXIR

    6

    11 aprel seçkilərindən sonra,yeni formalaşan hökumətdəki nazir postunu qoruya bilməyənlərdən biri, Azərbaycan Respublikasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı mətbuatda müxtəlif xəbərlər yayılıb. Bu yayılan xəbərlərdə sabiq nazirin istintaqa cəlb edildiyi və sərbəst buraxıldığı, bundan sonra ürək çatışmamazlığı ilə xəstəxanaya çatdırıldığı qeyd edilir. Məlumatlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, nazir olduğu dövürdə qaz vurub qazan dolduran Səlim Müslümov qeyri-rəsmi bizneslə də məşğul olub. Məlumata görə, sabiq nazir əsasən, ölkədə daş karxanalarına sahib olub ki, paytaxta və bölgələrdə həyata kdeçirilən tikinti bumunda daş karxanalarından milyomnlarla manat qazanc əldə edib. Məlumata görə, bu karxanalar nazirə yaxın şəxslərin adına səndləşdirilsə də, sahibinin Səlim Müslümov olduğun hər kəs bilirmiş.

    Məlumstda o da vurğulanır ki, Səlim Müslümov taxtından salındıqdan sonra,sahibi olduğu biznesinin üstünü də qara buldlar alıb. Məlumata görə,Qaradağ rayon ərazisindəki daş karxanaları Səlim Müslümovun əlindən alınır. Artıq karxanaların bir neçəsi fəaliyyəti də dayandırılıb.

    Qeyd edək ki, Səlim Müslümov nazir olduğu dövürdə öz biznesinin yüksəlməsi üçün rəqib daş karxanalarının işinə pəl vurur, hətta onların fəaliyyətinə qadağa belə qoydura bilirdi. Bunun üçün onun güya həmin daş karxanalarında əmək hüquqları gobud şəkildə pozulurmuş. Amma, sən demə Səlim Müslümov öz biznesinin güllənməsi üçün belə bir qanunsuzluqlara qanunu don geyindirirmiş. \\Veteninfo.az