Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda YENİLİK

15

“Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq”.

Bunu "Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər" forumunda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq.

“Artıq iki ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir. Ötən il 500 müəllimin müraciəti qəbul olunub ki, onlardan 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada təmənnasız, pulsuz oxumağını dövlət öz üzərinə götürüb”, – nazir qeyd edib./apa/