Müsavatdan oğurluq edən şəxslər saxlanıldı

72

Paytaxtın Binəqədi rayonunda Müsavat partiyasının yerləşdiyi binadan 2 ədəd kondisioner oğurlayan dəstə üzvləri tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən – hər biri əvvəllər məhkum olunmuş Zəngilan rayon sakinləri Toğrul Babayev, Məhəmməd Məmmədov və Qubadlı rayon sakini Elnur Əhmədov saxlanılıblar.

Həmin şəxslərdən oğurluq yolla əldə etdikləri kondisionerlər aşkar edilərək maddi sübüt kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.