“Müharibəni başlayanlar bitirən tərəf olmayacaqlar!” – İRANDAN SƏRT TƏHDİD

    18

    Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif ABŞ ilə ölkəsi arasında baş verən gərginliklə bağlı açıqlamasında deyib: “Müharibədən yayına bilib-bilməyəcəyimizi bilmirəm, amma müharibəni başladan tərəf biz olmayacağıq və müharibəni başa çatdıran tərəf də ilk başlayan tərəf olmayacaq”.

    Zərif bu sözləri Amerikanın CBS televiziyasına açıqlmasında söyləyib. O, Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin neft müəssisələrinə edilən hücumların arxasında İranın olmadığını və istintaq aparacaq hər hansı bir müstəqil qrupun da eyni nəticəyə gələcəyini deyib.

    ABŞ preziden Donald Trampın “müharibəyə sürükləyən yalanlar söylədiyini” və ABŞ-ın yalanla həqiqəti ayıra biləcək məsuliyyətli təhlükəsizlik məmurlarına ehtiyacı olduğunu bildirən Zərif sonra deyib: “Biz danışmağa hazırıq, amma yalnız qarşımızdakı bir, yaxud da bir neçə ildə qüvvədə olacaq razılaşmanı yox, daimi bir razılaşmanı müzakirə eləməliyik. Bundan əvvəl danışdıq, xatırlayın, ikicə səhifəlik müqavilə imzalamamışıq ki, yenə eynisini edək, bunlar çətin danışıqlardır”.

    ABŞ ilə İran arasında müharibədən yayınmağın mümkün olub-olmadığı sualının cavabında Zərif deyib: “Müharibədən yayına bilib-bilməyəcəyimizi bilmirəm, amma müharibəni başladan tərəf biz olmayacağıq və müharibəni başa çatdıran tərəf də ilk başlayan tərəf olmayacaq”.

    Hurriyyet.org