“Müharibəni uduzmuşuq, Azərbaycanla diplomatik münasibət qurmalıyıq” – Erməni deputat

339

“Dürüst olub, Qarabağ müharibəsindəki məğlubiyyəti tam və məsuliyyətlə qəbul etmək vacibdir”.

Bunu Ermənistanın hakim “Mənim addımım” fraksiyasının üzvü, parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan qanunverici orqandakı çıxışında bildirib.

“Biz müharibədə həm döyüş meydanında məğlub olmuşuq, həm də mənəvi-psixoloji cəhətdən uduzduq. Vəziyyətdən çıxmaq lazımdır. Nə qədər çətin də olsa, qalib tərəflə danışığa başlamağa cəhd etmək vacibdir. Azərbaycanla diplomatik münasibətləri qurmaq gözlənilən perspektivi dəyişə bilər”, – A.Köçəryan bildirib.

Onun sözlərinə görə, diplomatiya bütün iqtisadi, hərbi və mənəvi-psixoloji risklər əsasında dəyərləndirilməlidir. Komissiya sədri deyib ki, Ermənistanda iqtisadi siyasət ordunun yenidən formalaşdırılması və təhlükəsizliyin yaradılması əsasında yürüdülməlidir. \\Report