“Müharibədən sonra Paşinyanın hakimiyyətdə qaslması mürəkkəb məsələdir” – POLİTOLOQ

324

Azərbaycanın yeni ərazilərini işğal etmək istəyən, lakin ağır zərbələr alan Nikol  Paşinyan ölkə daxilində narazılıqları susdurmaq üçün repressiyalara başlayıb. Azərbaycanın apardığı əks-hücum əməliyyatı Paşinyanı həm hərbi, həm də siyasi baxımdan iflasa uğradıb.

Bəs, Paşinyanın müharibədən sonraki aqibəti necə ola bilər?

Mövzuyla bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəylə əlaqə saxladıq. O, Hurriyyet.org-a açıqlamasında, Paşinyanın hakimiyyətdə qalmasının müəyyən dərəcədə Rusiya və Azərbaycan üçün önəm kəsb etdiyini bildirib:

“Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan bəyanatdan sonra, göründüyü kimi Ermənistanda daxili siyasi vəziyyət mürəkkəbləşib. Hazırda müxalifət Paşinyanın istefasını tələb edir. Müəyyən vətəndaşlar da İrəvan küçələrində etiraz aksiyası keçirir. Ermənistanda vətən partiyasının sədri aksiyalara rəhbərlik edir. Əlbəttəki, Ermənistanla bağlanılan hər hansı bir müqavilə, eyni zamanda Paşinyanın hakimiyyətdə qalması müəyyən dərəcədə Rusiya və Azərbaycan üçün önəm kəsb edir. Çünki, Paşinyan kapitulyasıya müqaviləsinə imza atıb. Onun hakimiyyətdə qalması proseslərin normal məcrada getməsinə əsaslana bilər. Göründüyü kimi Ermənistanda bundan sonraki vəziyyət mürəkkəb olaraq qalacaq. Düşünürəm ki, Paşinyanın hakimiyyətdə qalması qeyri-mümkün olacaq. Çünki, həqiqətən də onun vəziyyəti dramatikdir. Bir neçə aydan sonra rus meyilli qüvvələr hakimiyyətə gətiriləcək. Paşinyana Errmənistanda müəyyən qədər etmiad olsa da, hazırda o etimadı da itirib. Onun kapitulyasiyaya imza atmağından sonra, ölkə siyasətində ciddi şəkildə tektonik dəyişikliyə gətirib çıxarıb. Müharibədən sonra Paşinyanın hakimiyyətdə qaslması mürəkkəb məsələdir. Yəgin ki, onu əvəz edən qüvvəllər hazırda hakimiyyətə gətirilməsi üçün hazırlanır. Paşinyanın hakimiyyətdə qalmasına müəyyən qüvvələr, əsasən də Rusiya öz dəstəyini ifadə edir. O, eyni zamanda altı ay müddətinə parlamanet seçkilərinə də gedə bilər. Bu da onun Ermənistanda bundan sonra hakimiyyətdə qallmasına müsbət təsir edə bilməz”.

YƏHYA