Müharibə təhdidi. Yunanıstan adalara hərbi qüvvə toplayır

78

Hurriyyet.org xəbər verir ki, Yunanıstan Türkiyənin Şərqi Aralıq dənizində neft-qaz axtarışlarına qarşı addımlar atmaqdadır. Yunan dövləti Meis adasından sonra indi də Karaadaya hərbçilər yerləşdirərək silahlı toqquşma ehtimalı yaradıb. Yunanıstanın yeni böhranlara səbəb olacaq hərbi addımları kamerlarda əks olunub – çəkilişlər bir neçə binanın qərargaha çevrildiyini aydın şəkildə göstərir. Türkiyə mətbuatı beynəlxalq hüquqa görə, Meis adasının silahlandırılmasının qadağan olduğunu yazır.