Müharibə: həqiqətlər, yalanlar…

546

Qarabağ Azərbaycandır!

İlham Əliyev

Mən xəstə yatağında ekrana baxıb Milli Ordumuzun şücaətini izləyir, nikbin xə­­bərləri eşidir, intuitiv hisslər keçirirdim. Otuz illik yol gələn Qarabağ intizarını ya­­şamaqda idim. Və bir gün: 10 noyabr Milli Ordumuzun erməni qoşun bir­ləş­mə­lə­­ri üzərində qələbəsini, Qarabağ torpağımızın işğaldan azad olduğunu eşitdim. Göz yaşlarımı saxlamağı bacarmadım, böyük oğlum məni ağuşuna sıxdı, o da se­vin­­cindən kövrəlmişdi…

Mən bu tarixi qələbəni gözləyirdim, xalq gözləyirdi. Qalibiyyət üçün 44 gün ki­­fayət etdi. Bu rəqəmin özü bir tarixdir. Ordumuz bu çətin, təşnəli yolu şücaət, coş­­ğunluq, düşmənə nifrət hissi ilə keçdi, Bayrağımızı ən yüksək zirvədə dal­ğa­lan­dır­­dı. Belə igid oğulları dünyaya gətirən ata – analara eşq olsun!

Müharibənin gedişində məni düşündürən bir məsələ də o idi ki, mənfur er­mə­­ni hərbi hissələri, onun siyasi havadarları, başda Paşinyan hökuməti hansı gücə, han­­sı dayağa, hansı ağıla sahibdir ki, ulu Qarabağ torpağının işğalından əl çəkmək is­­təmirdi.

Paşinyan Prezident İlham Əliyevin düyünlənmiş yumruğunu görməmişdi!

Müharibə ən düşünülmüş əhatəli planları belə alt – üst edən hadisədir, əv­vəl­­cədən görünməsi qeyri-mümkün hərəkətlərə necə cavab verilməsindən çox ası­lı­­dır və qələbəninmi, məğlubiyyətinmi sonuclanması hansı dövlətin başçısının tak­ti­­ka­sından başlayaraq strategiyasında yekunlaşır. Hətta güllələr qalib üçün köklən­miş əsgərlərin başı üstündən həvəsləndirici halda vızıldayıb sovuşur, amma hansı ye­­rə düşürsə təzəcə açmış gülləri, çiçəkləri amansız külə çevirir. Bu atəşi açmağı əmr edən zabit düşünürmü, bu, insanın alçaq hərəkətidir, mənası olmayan addımdır, bir atanın övladları qarşısında faciəsidir. Burada iki cür xasiyyətli əsgər görünür: bi­­ri nə üçün müharibəyə cəlb olunduğunun fəlsəfəsini araşdırmağa çalışır, bir şey an­­lamır, düşmənini məhv edir və özünə sual verir: budurmu vətənpərvərlik? Öldür­dü­­yün yad əsgərin üzünə milçəklər qonmuşdur, əl çəkmirlər, halbuki, bu ölü bir za­man diriydi, azad gəzirdi, ona ata – anası, müəllimləri o ruhda tərbiyə etmişlər ki, adam­­ları sev, onlar üçün qəlbin yansın, sənə nifrət bəsləyənlərə də acı nifrət etmə, o düşmənlərinə amansız ol – sənin dədə – baba, ulu torpağına göz dikmişləri – məhv et ki, bir də belə xülyaya düşməsinlər.

Digəri səngərdə, yaxud top arxasında dayanıb qarşı tərəfdən əsgərləri hədəfə alır, dünya işığından məhrum edir, yaxud topunu işə salır. O, baş­qasının yurdunu zəbt etmək üçün risqə gedir, sərvəti üçün maraqlıdır, ərazisini ge­nişləndirməyi də unut­mur.

Vətəninin keşiyində dayanan əsgərlərimiz hiddətli və çıl­ğın ruhuna sərhəd qoy­mağı bacarmır: bu, onlardan asılı olmur, qarışıq münasi­bət­lər zənciri və sual la­bi­rintinə qoşulur: “Müharibələr nə səbəbdən başlayır və in­san­ları alovuna bürüyür? Qa­lib çıxmaq üçün sərkərdələr, yəni zabitlər, generallar han­sı taktikadan istifadəyə üs­tünlük verirlər? Özünü “xilaskar” kimi göstərən er­mə­ni Paşinyan(lar) dırnaqarası nə­həng, Baş Nazirə layiq olmadı Ali Baş Ko­man­dan, Prezident İlham Əliyevə bia­bır­casına uduzduğunu etiraf etmək zorunda qal­dı, alçaldı, balacalaşdı Beynəlxalq si­yasi arenada.

Ermənistanı təmsil edən N.Paşinyan Qarabağ müharibəsinə ona görə başladı ki, o, bu torpağı tamamilə özünün malı – sərvəti xülyasına uymuşdu, müxtəlif istiqa­mət­­lərdən ciddi dəstək gözləyirdi, o cümlədən, Rusiyadan. Belə təsəvvüründən fik­ri dumanlandı, qalib gələcəyi təəssüratına aludə oldu. Azərbaycan dövlətinin rəh­bə­­ri, Prezident İlham Əliyevlə danışıqları səmərəsiz nəticə vermişdi. İlham Əliyev isə Ordu quruculuğunda artıq səriştə əldə etmişdi, peşəkar zabitlər formalaşmışdı, dö­­yüşə hazır əsgərlər sarsılmaz əzmə – iradəyə yiyələnmişdilər və bu dəyəri Lələ­tə­pə uğrunda gedən savaşda bir daha sübuta yetirdilər. Kütbeyn və sə­riş­təsiz ermə­ni lideri azərbaycanlıların vətənpərvərlik hissinin əyani təcəssümün­dən bixəbərdi, ge­neral Polad Haşımovun timsalında digər generalların döyüş qa­bi­liy­yətindən də so­raqsız idi. Müharibələrdə iştirak edən əsgər və zabitlərin hamısı bu təbii qa­nu­nauy­ğunluqla öz vərdişlərinə, öz xüsusiyyətlərinə, məqsədlərinə, düş­dük­ləri şəraitə mü­vafiq hərəkət edirlər. Bizimkilər erməni qəsbkarların boş yerə öyün­düklərini bi­lir­dilər, sevinclərini də. Onlar özləri üçün nə etdiklərini anlasalar da, öz iradə­lə­rin­dən asılı olmayaraq tarixin əlində bir alətə çevrilmişdilər. Mənası on­lar üçün gizli, bi­zim üçünsə aydın idi. Paşinyanlar özlərini nə qədər qürurlu, qa­lib həvəsli hiss et­sə­lər də, gələcək talelərindən xəbərsiz olurlar.

Paşinyanın general və zabitləri eqoistcəsinə Azərbaycan ordusunun üzərinə ye­­riməklə hərçənd, bir təhlükə görürdülər, lakin ordusunun ölkənin içərilərinə cəlb et­­mək haqqında da düşünürdülər. Bu qüvvələr müharibənin necə davam edəcəyini, nə ilə nəticələnəcəyini təsəvvürə gətirməyən rəhbərlərin arzularının, intriqalarının mü­­rəkkəb oyunu nəticəsində fəallaşmışdılar.

Ordumuz müharibənin başlanğıcından parçalanmadı, əksinə, “bir yumruq” ki­­mi sıxlaşdı: biz düşmənlə vuruşmaya girişmək, düşmənin hücumunu nəinki da­yan­­dır­maq, əksinə: onu tapdalamaq, əzmək, vuruşu irəli aparmaq, torpaqlarımızı ge­ri al­maq məqsədini reallaşdırmaq. Ali Baş Komandan, cənab Prezident İlham Əli­yev bu günlərdə daxili siyasəti öz yerində, xalqına müraciəti, xarici jurnalistlərə ye­ri gə­lən­də sərt münasibətini gizlətmədi, faktlara söykənən dəlillərlə onları yerin­də­cə otuz­durdu. Dövlət başçısının, ümumiyyətlə, müharibənin gedişində ordunu ruh­lan­dır­ması, xalqa üz tutması, dəstək olması və nikbin görünüşü çox vacib psi­xo­lo­ji fak­tordur. Biz bunu cənab Prezident İlham Əliyevdə bir daha gördük. Dövlətin baş­­çısı eyni zamanda hərbi biliyə, proqnostik təfəkkürə malik olduğunu əyani­ləş­dir­­di: vur – tut 44 günə. Bu rəqəm dünya müharibələri tarixində yeganə rəqəmdir! Bu, Ali Baş Komandanın dərin nüfuza malik olmasından, qətiyyətliyindən, erməni or­­dusuna qarşı – hansı ki, dinc əhaliyə təcavüzündən, Gəncə və Bərdə şəhərlərinə bom­­ba atəşi açıb insan itkisi yaratmaq – nifrətin təzahürü olmaqla, Prezidentin və­tən­­pərvərlik ruhunun bariz nümunəsidir. Oxucular elə təsəvvürə gətirməsinlər ki, əs­­gərlərimiz ətrafa: təbiətin gözəlliyinə, Qarabağın təkrarsız mənzərəsinə, payızın məx­­susi xəzan çağına biganə olmuşlar, yox! Əsgərlərimizdən uzaq – yaxın bölgə­lə­­rimizdən çağrılmışlar az deyildi, Qarabağın bu günlərini görməmişdilər, baxıb köks dolusu nəfəs alırdılar. Amma sayıqlığını itirmirdilər.

Qarabağın payızında – bizə məxsus bölgələrdə camaat öz iş – gücündən ay­rıl­­mırdı, əkib – becərdikləri məhsulları yığır, qışa hazırlığını görürdülər. Mal – qa­ra saralmış otları qoxulayır, yaşıl, şirəsini itirməmişləri acgözlüklə qoparıb içəri ötü­­rürlər. Həyətdə süfrə sərib nahar edən dinc sakinlər qəfildən pərən-pərən düşür­lər. Erməni vandalistləri camaatı top atəşinə tutur – belə xislətliləri necə məhv et­mə­­yə­sən?!.

Müharibədə dövlət başçısının, konkret desək Ali Baş Komandanın xalq, əs­gər və zabitlər arasında nüfuzu Milli Ordunun qələbəsində həlledici rol oynayır: bu qə­­naəti tarix sübut etmişdir: Makedoniyalı İsgəndər, Napaleon, Atatürk, Stalin və baş­­qalarının adını çəkə bilərik. Bir fakt: Akademik Y.V.Tarleyə əsaslanıb deyə bi­lə­­rik ki, Avstriyanın Baş Komandanı Melas Napaleonla döyüş meydanında iki dəfə qar­­şılaşmışlar və hər ikisində məğlubiyyətə uğramışdır. Melas döyüşə hazır­laşar­kən Napaleonun ordu arasında şəxsi nüfuzunu nəzərə almamışdı. İkinci səbəb Y.V.Tar­lenin yazdığına görə Melasun düşüncə tərzidir, uzaqgörən olmayan general Me­­lasın faciəsi onda idi ki, növbəti döyüşə hazırlaşanda elə güman edirdi ona qarşı özü kimi Melas vuruşur. Napaleon isə Melas ilə döyüş ərəfəsində belə, özünü elə apa­­rır­dı sanki özü kimi Napaleonla vuruş meydanında girişəcək…

Allahverdi Eminov

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent, yazıçı, ədəbiyyatşünas

(Ardı var)