Qarabağ Azərbaycandır!
İlham Əliyev
Mən xəstə yatağında ekrana baxıb Milli Ordumuzun şücaətini izləyir, nikbin xəbərləri eşidir, intuitiv hisslər keçirirdim. Otuz illik yol gələn Qarabağ intizarını yaşamaqda idim. Və bir gün: 10 noyabr Milli Ordumuzun erməni qoşun birləşmələri üzərində qələbəsini, Qarabağ torpağımızın işğaldan azad olduğunu eşitdim. Göz yaşlarımı saxlamağı bacarmadım, böyük oğlum məni ağuşuna sıxdı, o da sevincindən kövrəlmişdi…
Mən bu tarixi qələbəni gözləyirdim, xalq gözləyirdi. Qalibiyyət üçün 44 gün kifayət etdi. Bu rəqəmin özü bir tarixdir. Ordumuz bu çətin, təşnəli yolu şücaət, coşğunluq, düşmənə nifrət hissi ilə keçdi, Bayrağımızı ən yüksək zirvədə dalğalandırdı. Belə igid oğulları dünyaya gətirən ata – analara eşq olsun!
(Əvvəli ötən saylarımızda)
Qarabağ müharibəsi (I və II) məndə çox məsələlər üzərində düşünmək, assosiativ paralellər aparmaq imkanı yaratdı. Müharibənin başlanması və gedişində hər iki tərəfin başçı – liderləri bu, məsuliyyətin altına girən rəhbər şəxslərin, belə demək mümkünsə, dövlət xadimlərinin hansı keyfiyyətlərə malik olduğunu təsəvvür etməli oldum: onlarda bilik, intellektual səviyyə, psixoloji durum, hazırcavablıq, müsahibi ilə təmkinli davranmaq, natiqlik məharəti, humanitar ovqat. Dövlət xadimində dünya görüşü birtərəfli olmalıdır. Necə ki, Paşinyanda isə naşı (xam) müşahidəçilik, ideoloji uyğunluğa nifrət, qərəzli intiqam alovu, rəqibinin əzəməti qarşısında qısqanclıq, içini didən paxıllıq, qan axıtmağa hərislik, şöhrətpərəstlik iddiası. Hər iki “yeddillik” müharibə zamanı daha bariz şəkildə aşkara çıxdı.
Dövlət xadimində mənəvi və ictimai inkişafa güclü təsir göstərmək qabiliyyəti boş sözlərlə, yalan faktlarla müşahidə ediləndə nırx qoyulmamış bazar məhsullarına bənzəyir. Məhz erməni lideri (!) məxfi məsləhətçilərinin puç, səmərəsiz, dayaqsız mülahizələri üzərində “baş sındırmaq”dan yorulmur, çünki “məxfilərin” əqidəsi xalqına xidmət etmirdi, şəxsi karyerasına yönəldilmişdi, o da N.Paşinyanın qismətinə düşdü. Mən bu fikrimi yalnız Paşinyana ünvanlamıram, onun yerində hansı lider otursaydı belə, Paşinyanın rüsvayçı aqibətini yaşamağa məhkum olacaqdı. Xalqını fəlakətə aparan məxfiçilər maraqlıdır ki, sonralar siyasi icmalçılara çevrilirlər!
Faktlar göstərir ki, məxfi məsləhətçilər simalarını məharətlə dəyişdirirlər, onlar buna alışmışlar, onların dünyagörüşü dairəsi və proqnozlaşdırma qabiliyyəti, iradəsi, ölkəsinin maddi və mənəvi səviyyəsinə göz yummaq kimi xüsusiyyətləri bəsitdir, zəifdir.
N.Paşinyana qədər fəaliyyət göstərən Ermənistan prezidentləri də dinamik şəxsiyyət deyildilər, gözlənilən ciddi hadisələrə, o cümələdən, Qarabağ konfliktinə laqeyd yanaşardılar, ona görə ki, həqiqəti anlayırdılarsa göz yumurdular, əslinə qalsa skeptikdilər, məntiqdən kasaddılar. Ağılla, fəndkirliklə (yaxşı mənada) beynəlxalq vəziyyəti düzgün qiymətləndirməyi bacarmadılar. Öncə, onların qarşısında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Heydər oğlu Əliyev dayanmışdır.
Ermənilərin tarixlər boyu yaşadıqları (köçüb gəldikləri) məkanı “özəlləşdirmək”, yəni bu yer (ərazi) “mənimdir”, dədə – babam bu yerlərdə yaşamışdır təkidləri yalnız gülüş doğurmuş, burunları ovularaq oradan qovulmuşlar. Başqa, onlara yad məkanlara köçmək bir yana, təxribatla, şantajla, satqınlıqla məşğul olmuşlar.
Yeri gəlmişkən bir qədər geriyə – tarixə dönmək istərdim. Vətən araşdırıcıları etibarlı mənbəyə istinadən ermənilərin saxta uydurmalarını ifşa etmişlər. Onlar haray – həşir salırlar ki, 5-6 əsrdir Dağlıq Qarabağda yaşayırlar (Bu yalan bizə məlumdur). 2016-cı ildə Prezidentin tapşırığı ilə məşhur abidənin yeri bəlli oldu. Adını Maquşəvan qoyduqları Şıxarx kəndində abidənin yeri aşkarlandı. Halbuki, Türkmənçay müqaviləsinə görə İranın Marağa kəndindən ermənilər 1828-ci ildən həmin kəndə köçürülmüşlər. 1978-ci ildə həmin ermənilər Marağadan köçürülmələrinin 150 illiyini qeyd etdilər. Şıxarxda “Marağa 150” abidəsini ucaltdılar. 1988-ci ildə ermənilər o abidəni dağıtdılar. Lakin abidənin bir hissəsi orada qalmışdı. Təsadüfən abidə aşkarlandı və Prezidentə məruzə olundu. Prezidentin tapşırığı ilə bu istiqamətdə işə başlandı. Bir qrup tədqiqatçı Sankt-Peterburqa göndərildi və arxivə baş vurdular. Arxivdə fars dilində 200 səhifədən çox Türkmənçay müqaviləsi tapıldı və Azərbaycan, rus və ingilis dillərinə tərcümə olundu. Sənədlər içərisində ermənilərin Marağadan Şıxarxa köçürülməsilə bağlı çarın sərəncamları tapıldı (təxminən 5-6 sərəncamdır). Çar rus yazıçısı A.Qribayedova bu məsələni həvalə etmişdir. Çarın digər tapşırığı ilə o vaxt Maşko soyadlı rus rəssamı da göndərib ki, Marağadan Şıxarxa qədər köç prosesini təsvir etsin, portretlər çəksin. Tədqiqatçılar həmin portretlərin surətini çıxartdılar. Abidənin ətrafı abadlaşdırıldı, xaricdən gələn jurnalistlər, səfirlər dəvət olundu. Arxivdə erməni tarixçisi 1930-cu ildə yazmışdır ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır (“Təzadlar” q, 26.12.2017).
İstedaddan məhrum bu millət hətta qonşuluqda yaşayan millətin mədəni dəyərlərini həyasızcasına oğurlamışlar, saxta tarixi yapışdırmışlar. Uzağa getməyək: dünya şöhrətli bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini oğurlamışlar. Bu millət görün nə qədər istedaddan məhrumdur ki, bizim gənc bəstəkarlara da göz dikmişlər. Klassik saydıqları Aram Xaçaturyanın “Spartak” baletinin musiqisi məhz türk xalq melodiyalarından köçürülmüşdür. Və bizim sənətşünaslar tərəfindən sübuta yetirilmişdir.
Vandalist təbiətli ermənilər Qarabağın bir qisminin işğalında qədim mədəni – maddi abidələrimizi dağıtdılar, xaraba qoydular. Bu, bütün dünyaya göründü – telekanallar, fotomüxbirlər vasitəsilə.
Belə real faktlar üzərində dayanmağa ehtiyac duymadım, amma düşünməli oldum: bu millətdə olan əcaib xislət, gen – zat toxumları haradan qaynaqlanır. İnsan kimi doğulmuşlarsa nədən sivil insanlar onlardan qaçırlar, yer verdiklərinin peşimançılığını çəkirlər. Bu məsələni araşdırmaq elmin üzərinə düşür. Mən bu sətirləri yazanda xeyli duruxdumsa, öz mülahizəmə yer ayırdım: Elm heç bir halda insanın bilmək istədiyi, maraq göstərdiyi hər şeyi aydınlaşdırmaq iqtidarında deyil. Alimin işini belə bir müqayisəyə yaxınlaşdırmaq istərdim ki, o, yavaş-yavaş pilləkanlarla yuxarı qalxır. Bir pilləkan qalmış aşağı baxır və başı gicəllənir, nə qədər yol qət edibsə onunla kifayətlənir. Tarixə baş vursaq torpağını qorumaq həvəsinə düşmüş başçılar əhaliyə, onun bütün təbəqələrinə humanist münasibətdə olmuşlar (istisnalar danılmazdır), zəiflərə, xəstələrə davranmaqla bağlı təsəvvürləri, mülahizələri müsbət məcrada hərəkət etmişdir. Amma tarixdə adamların nəslini daha da yaxşılaşdırmaq və sağlamlaşdırmaq barədə düşünənlər tapılmışlarsa erməni genini təzələməyə risq etməmişlər. Genetiklər, psixoloqlar, bioloqlar bilirdilər ki, ac – yalavac insanları “Yevgeninka” (insan nəslini bioloji yolla yaxşılaşdırmaq haqqında nəzəriyyə) elm sahəsilə tanış etmək lazım gəlir.
Ötən əsrin 30-cu illərində alman professoru Alferd Plets nəzəriyyəni bir daha xatırlatmışdır, üstəgəl “İrsi gigiyena” nəzəriyyəsini unutmamışdır. Görəsən, erməni genetikləri bu nəzəriyyədən xəbərdardılarmı? Zatlarında olan mikrobları təmizləmək fikrinə düşmüşlərmi? Məgər bilmirlərmi mikrob sağlam bədəni məğlub edir!
Mənim fikrimcə, müharibə dedektiv hadisədir, hər şey bir məqamda dəyişir, mövqeyini itirir və qalib ordunun təntənəsi başlanır. Xalq Ali Baş Komandanını alqışlara bürüyür. Ona görə ki, O kamil qələbəyə səy göstərmiş, əxlaqi keyfiyyətin gözəlliyini müəyyən etmişdir: fəzilətlik, cəsarətlilik, iradəlilik, alicənablıq, doğruçuluq, ünsiyyətçillik, strateglik – bu “yeddiliyə” əlavələr etmək təbiidir. Ali Baş Komandamız öz yüksək məziyyətlərini vətəndaşlarına münasibətində büruzə verdi, ədalətli olduğu üçün özündən ötrü birtərəfli üstünlüklərə çalışmadı, ordu ilə, komandirlərlə, xarici diplomatlarla bağlılıq yaratdı. Bu cür siyasi ünsiyyət rəhbər şəxsin kamilliyindən, uzaqgörənliyindən, intellektual qüvvəsindən, hərbi nüanslara yiyələnməsindən irəli gəlir. Bunun ənənələri soy – kökümüzdən qaynaqlanır, “Dədə Qorqud”dan yaddaşlara köçür, qəhrəmanlar yüksək dərəcədə əxlaqidirlər, kollektivçilik əsasını ifadə edirlər və öz xalqına mənsubdurlar. Bizim siyasi liderimiz bir Prezident olaraq xalqının rifahı uğrunda fəaliyyəti həyatının mənasıdır. Bu yüksək keyfiyyətlərə yiyələnməkdə İlham Əliyev səmərəli yol keçmişdir, həm ictimai – sosial, həm də əxlaqi – mənəvi münasibətlərdə özünü tənzim mexanizmin üstünlüyünü nəzərə almışdır, bu mexanizmə həm iqtisadi, həm də dövlət, hüquq, əxlaq kimi sosial proseslər daxildir: burada Prezident İlham Əliyev insanların fərdi şüurunu, psixi vəziyyətini və s. xüsusiyyətlərini cəmiyyətimizdə mövcud sosial və mənəvi münasibətlərə uyğunlaşdırmışdır. Mücərrəd mənəvi – hüquqi qanunlar Prezidentin idarəetmə prinsipində yer almamışdır və nəticədə vaxt (zaman) kəsiyində Qarabağı nəzarətində saxlamağa cəhd göstərən erməni ordusunun dizini qatladı, çökdürdü, paşinyanların iddialarını, yalanlarını, bir sözlə, çürük ideologiyasını beynəlxalq müstəvidə ortaya çıxartdı, burada eklektizm, fərdin iddiası, Qarabağ iştahı və sair kimi təhlükəli hadisələrin qarşısı alındı. Ordumuz qısa (44 gün) vaxt ərzində fövqəl qəhrəmanlıqla, əxlaqi normalara əməl etməklə haqlı olduğunu sübuta yetirdi. Ədalətin, haqqqın yolunu tutan beynəlxalq ölkələr və təşkilatlar Azərbaycan dövlətinə normal münasibətlərini gizlətmədilər, siyasi şüurun qeyri-normal müxalif vəziyyəti baş vermədi. Adətən, belə bir vəziyyət bir dünyagörüşünün digərindən üstün tutulması ilə, siyasi sistemin məyusluğu ilə sonuclanır, çaşqınlıq yaradır, zidd mövqelərə və əməllərə də aparıb çıxarır…
Biz hər cəhətdən güclü olduq, çünki sağlam, ədalətli və hüquqi nüansları gözlədik, Vətən torpağını işğaldan azad etdik. Axı, sevincin və sağlamlığın yanında güc də olmalıdır. Tarixləşmiş bir deyimə: “Güc ortaya çıxanda qanunlar qüvvəsini itirir “ qənaətinə isə tabe olmadıq.
Allahverdi Eminov
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, yazıçı, ədəbiyyatşünas