Müharibə: həqiqətlər, yalanlar…

435

Qarabağ Azərbaycandır!

İlham Əliyev

Mən xəstə yatağında ekrana baxıb Milli Ordumuzun şücaətini izləyir, nikbin xə­­bərləri eşidir, intuitiv hisslər keçirirdim. Otuz illik yol gələn Qarabağ intizarını ya­­şamaqda idim. Və bir gün: 10 noyabr Milli Ordumuzun erməni qoşun bir­ləş­mə­lə­­ri üzərində qələbəsini, Qarabağ torpağımızın işğaldan azad olduğunu eşitdim. Göz yaşlarımı saxlamağı bacarmadım, böyük oğlum məni ağuşuna sıxdı, o da se­vin­­cindən kövrəlmişdi…

Mən bu tarixi qələbəni gözləyirdim, xalq gözləyirdi. Qalibiyyət üçün 44 gün ki­­fayət etdi. Bu rəqəmin özü bir tarixdir. Ordumuz bu çətin, təşnəli yolu şücaət, coş­­ğunluq, düşmənə nifrət hissi ilə keçdi, Bayrağımızı ən yüksək zirvədə dal­ğa­lan­dır­­dı. Belə igid oğulları dünyaya gətirən ata – analara eşq olsun!

(Əvvəli ötən sayımızda)

Paşinyanın taleyində müəyyən analogiya axtarmağa dəyər. O, Ali Baş Ko­man­­dan İlham Əliyevin həm nüfuzunu, həm də analitik düşüncə tərzini, proq­noz­laş­­dırma qabiliyyətini anlamağı bacarmamışdır və buna imkanı da yox idi. Bu amillərdən əlavə Prezident İlham Əliyevin diplomatik istedadı: qeyri-adi yad­­daşından irəli gələn faktların qarşı tərəfə çatdırılması, məntiqi mühakiməsi, in­gi­­lis və rus dillərində səlis nitqi, özünəinamı və s. göz önündədir. Bu sadalalanların bir mən­bə­yi də İlham Əliyevin ulu öndər Heydər Əliyevin möhtəşəm siyasi-mənəvi məktə­bi­­ni mənimsəməsidir. Təbii ki, bu məsələdə İlham Əliyevin xarakterindəki müd­rik­lik dəyərini qeyd etməliyik. Müdriklik insanların, cəmiyyətlərin, tarixi şəxsiy­yət­lə­rin inkişaf yolunu diqqətlə izləmək və dəyərliləri mənimsəməkdən başlayır. Əlbət­tə, müdrik şəxsin daxilində bir zənginlik olmalıdır. Məşhur fransız filosofu Mişel Mon­­ten yazmışdır ki, başqasından öyrəndiyim biliklə kifayətlənməyi təsəvvür et­mi­rəm, baş­qasının biliyi nəyisə öyrətsə də, müdrik yalnız öz müdrikliyinin hesa­bı­na ola bi­lərsən.

Müharibədə ölüm labüd həqiqətdir, lakin bu məfhum birmənalı qarşılanmır: əgər başqasının ana yurduna, torpağına göz dikmisənsə, işğal etmək iddiasın­da­san­sa, bu döyüşdə ölənlər sadəcə meyit, milçəklərin əsl qidasısan: bəlkə də bir in­­saflı əsgər onu sürüyüb xəndəyə tulazlayacaq. Yox, əgər Vətənin, doğulduğun tor­­pağın uğrunda savaşa girmisənsə və müqəddəs amalına çatmısansa – şəhidsən – qa­­zisən – qəhrəmansan. Əsgər döyüş qabağı avtomatına dirsəklənib düşünür ki, mən haradayam? Mən öz torpağımdayam və bu məkanı düşməndən azad edirik. Mən erməni vandalistinə rast gələcəyəm, onunla qabaq-qənşər duracağam, nifrət et­­diyim o əsgərə hansı cəzanı verəcəyəm, onun məni öldürməsinə, güllələməsinə im­­kan verəcəyəmmi? Bu “görüşdə” bircə an vardır, onu əldən uçursam bir daha o mə­­qam qayıtmayacaq: O, düşmənin başını bədənindən ayırmaq istədi, əlini sax­la­dı, əs­gər üzünü qırışdırıb dəhşətlə ona baxırdı, rəngi saralmışdı, bədəni uçunurdu, si­­fə­ti­nə baxdı, onda vuruşma meydanına yaraşan bir ifadə sezmədi, sanki bu sima­da dinc bir adamın, nə üçün, kim üçün vuruşduğunu bilməyən əsgərin haləti həkk olun­­muşdu. Qorxu ifadə  edən gözlərindən yaş yanaqlarında gilələnirdi. Erməni əs­gə­rini bir daha başdan ayağa süzdü, ağır hiss onu bürümüşdü, qəlbini sıxırdı, bu er­mə­­nini əsir almaqla, öldürməməklə qəlbində heç cür aydınlaşdıra bilmədiyi tutqun bir hiss yaranmışdı…

Əsgər komandiri, general Polad Haşımovu xatırladı, polkun zabitləri kimi qaş­­qabaqlı idi, ermənilərin xəyanəti ilə heç vəchlə barışmırdı, çörəyimizi yeyən, su­­yumuzu içən, qoltuğumuza sığınan ermənilər baş qaldırmış, Qarabağın bir his­sə­si­­ni nəzarəti altına almışlar, təxminən otuz ilə yaxın. General əllərini dalında tut­muş, başını aşağı salıb əkin yerlərinə baxır, tacı qoparılmış günəbaxan zəmilərində vəh­­şi quşların qida savaşı gedir. Bəs bu ermənilər nə uğrunda əlləşib – vuruşurlar? Qa­­rınları xaricilərin pulu ilə doldurulan ipiqırıq bu millət indi Qarabağa sahib kə­sil­­mək sevdasına düşmüşlər. İddiaya bax ey! Genearal saralmış çayırlıqda dayanıb top səsini eşidir, cavab atəşindən gülümsəyirdi. Hələlik onun görəsi və əmr edəsi bir işi yox idi. General öz planını qabaqcadan düşünüb elan edirdi. Son tapşırığı o idi ki, erməni cəsədlərini sürüyüb meydandan çıxarılsın, yaralıları isə harasa da­şı­maq idi. O, əsgərlərin sırasına qayıdır, onlarda mərdlik hissi oyatmağı, nümunə ol­ma­ğı özünə borc bilirdi. General ona da əmin oldu ki, əsgərlərimiz hər şeyi başa dü­­şürlər. Əsgər və zabitlərin mənəvi qüvvəsi qeyri-şüuru olaraq yeganə məqsədə yö­­nəldilmişdir: erməni qəsbkarların nəinki cavabını vermək, Qarabağ torpağından iti qovan kimi qovub çıxarmaq.

O, çayırlıqdan çıxıb top atəşindən yanıb külə dönmüş talaya tərəf irəlilədi və da­­yandı. Heç bir ayaq izi qalmamışdı, yalnız talanın qıraqlarında qalan pəlin çi­çək­lə­­rini ayağı ilə qoparır, sonra əyilib bu çiçəkləri ovcunda əzib qoxulayırdı. Ona elə gə­­lirdi yorğun qulaqları dünənki, sırağagünkü atəş səslərini – tüstü almış sahə­lər­dən mər­mi vıyıltısı eşidir, düşünürdü ki, müharibə budur, ölümün labüdlüyü gözlə­ni­­lən­dir. Sırağagün tala ilə otluğun qırağında, pəl kolunun yanında mərmi yerə dü­şüb fi­şəng kimi tüstülənirdi, qəlpələri o yan bu yana sıçrayırdı: “Bu zəhrimar bir in­sanı, lap məni tuta bilərdi, məni öldürə bilərdi, həqiqətən bu, ölümdür? Axı, mən öl­mək is­təmirəm, sonacan vuruşacağam. Mən bu həyat üçün doğulmuşam, bu Və­tə­ni se­vi­rəm, bu qarsımış otu, torpağı, havanı sevirəm”.

General fikrini dağıtmağa çalışırdı, bu isə mümkün olmurdu və ovqatla pı­çıl­da­dı: “Mən həmişə məğlublara qarşı mürüvvət göstərməyə hazıram”.

Müharibə gedən ölkədə, öz əzəli torpağını mərdliklə qoruyan məmləkətdə Ölüm məfhumu elə də dilə gətirilmir, çün bütün qüvvələr, cəhdlər və səylər cəbhə üçün tuşlanır, mənfur rəqibləri sıradan çıxarmaq, qalibiyyət bayrağını ən uca zir­və­də dalğalandırmaq, necə ki bu şərəf Ordumuzun adına yazıldı və tarixiləşdi.

Müharibə zamanı qayğılar daha çox artır, genişlənir və bu təbii prosesdir, bu ge­­dişində bir saniyənin də həlledici rolu vardır: ölüm və ya olum! Şekspirsayağı!

Müharibə zamanı əsgər və zabitlərimiz ölümdən deyil, ondan qorxurlar ki, bö­­yük vətənpərvərlik hissiylə, hünəriylə, nikbinliklə başladığı hücumu sona yetir­mə­­məkdə israrlı olmasın və taleyindən onu diləyir ki, ölüm ona möhlət versin, bu mü­­qəddəs işi sona çatdırsın. Azərbaycan əsgərləri bu istəklərinə çatdılar, xalqdan güc aldılar və Ali Baş Komandanın rəhbərliyilə, strategiyası ilə qələbə qazandılar.

Qələbəmizdə daxili qüvvə, mənəvi potensial, enerji (ruh) çox böyük rol oy­na­­dı, xalq əl – ələ verib çalışdı ki, ordumuz həyatın onların üzərinə qoyduğu və­zi­fə­­ni bacarıqla yerinə yetirsin…

Su, torpaq, hava, od və sair ünsürlər mahiyyətinə görə insan həyatının bir va­­si­təsi olduğu kimi, həm də fərdin ölümünə yardımçıdır, son atılan addım yorğun­lu­­ğa haqq qazandırmır və səbəb də deyil, ancaq onu (yorğunluğu) hiss etdirir. Bəli, bir həqiqətdir ki, yaşadığın günlər, saatlar, dəqiqələr insanı (fərdi) ölümə aparır. La­­kin kütbeyin və ləyaqətsiz N.Paşinyanın diri ikən xalqını güdaza uğratması, bur­nun­dan uzağı görməməsi, lovğalanması, ölkəsinin potensialına yox, xarici ha­va­dar­la­ra bel bağlaması və sair heç bir vəziyyətdə, o cümlədən, müharibədə eti­bar­sız gü­vənc­dir. Məhz N.Paşinyan belə düşüncəsini nəzərə almadan təcavüzə əl atdı: va­x­ti­lə qədim yunan filosofu Platon demişdir ki, öz işinlə məşğul ol və özünü dərk et.

Həqiqətdir ki, hər bir dövlət başçısı müharibəyə (yaxud hansısa mühüm işə) ha­zır­­laşanda öncə o, özünün kim və nəyə qadir olduğunu dərk etməyi bacarmalıdır. Ne­­cə ki, o, tarixdə yaramaz Baş nazir kimi yaddaşa həkk olundu, axı, onda huma­nist insanlara məxsus ürək yoxdur, sadəcə bioloji ət parçasıdır ki, minlərlə insan­la­rın ölümünə səbəb oldu. Qədim filosof Seneka təsadüfi deməmişdir ki, bədbəxt o ürək­­dir gələcəyin qayğıları ilə yüklənməyib. Senekanın söylədiyi bu kəlam düşün­dü­­rücüdür.

O xalq, o ordu, o ziyalı kütləsi öz Prezidentini sevir: dövlətinin siyasi və mə­nə­­vi – əxlaqi maraqlarını qoruyur – ordusunu səfərbərliyə alır, qələbəyə ruhlan­dı­rır, bu və ya digər mühüm amillər ölkə Prezidentinə, Ali Baş Komandamıza xasdir – bu, istisnasızdır. Ona görə də xalq bir yumruq halında birləşdi! Hökuməti və döv­lə­­timizi ayrı-ayrı müxalif, şəxsi iddialı, idarəetmə səriştəsi kifayət dərəcədə olma­yan fərdlər, yaxud partiya sədrləri və digər qrupların baxışları maraqlandırmaya bil­­məz, əvəzində fəaliyyətimizi, vəziyyətimizi, bir sözlə, həyatımızı cəmiyyətimizə xid­­mətə sərf etdik, bütün “narazılar” belə, həmrəy olub, Qarabağ müharibəsini qə­lə­­bə ilə yekunlaşdırdılar, ortaya heç bir qərəzli müdaxilələr daxil olmadı. Belə ki, hər bir azəri – türk övladı, soydaşımız dövlətimizin qanunlarına tabeçilik göstərdi yax­­şı mənada. Bütün qaydaların mühüm, əsas qaydası – bütün qanunların başlıca qa­­nu­nu məhz budur!

(Ardı var)

 

Allahverdi Eminov

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent, yazıçı, ədəbiyyatşünas