“Müharibə dövründə Rusiyanın Ermənistan üçün etdiklərini unutmamalıyıq”

444

“Rusiyanın köməyi omasaydı, nəticələr ermənilər üçün çox faciəvi olardı”

Hurriyyet.org xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinin keçmiş icraçısı Mikael Ambartsumyan jurnalistlərə müsahibəsində müharibə günlərində Ermənistanın Rusiyadan olduqca böyük həcmdə kömək aldığını bildirib.

Onun sözlərinə görə, “Rusiyanın etdiklərini heç bir erməni unutmamalıdır”.

Ambartsumyan deyib: “Rusiyanın köməyi omasaydı, nəticələr bizim üçün çox faciəvi olardı”.

Qeyd edək ki, Ambartsumyan müharibənin ən qızğın vaxtında – 8 oktyabrdan 7 noyabra qədər olan dövrdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin başçısı vəzifəsinin müvəqqəti icraçısı olub.