Müharibə cinayətlərinə görə Ermənistan dövlət olaraq məsuliyyət daşıyır

39

Azərbaycan Respublikasında törədilən hərbi və müharibə cinayətlərinə görə, Ermənistan dövlət olaraq, həmçinin digər şəxslər fərd olaraq məsuliyyət daşıyır.

Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Baş Prokurorluqda keçirilən brifinqdə deyib.

O qeyd edib ki, günahkar şəxslərin cəzalandırılması üçün bütün hüquqi addımlar atılacaq və beynəlxalq mexanizmlərdən istifadə oluncaq.